Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    Изображение 052Tərtər rayonunun Kəngərli kəndində martın 25-də qoşunların təmas xəttinin Tərtər rayonu istiqamətində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, kiçik çavuş Abbaszadə Elşad Raquf oğlunun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalın təqdim edilməsi mərasimi keçirilib.
    Müdafiə Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ müharibəsi veteranları və əlillərinin, kənd sakinlərinin, məktəblilərin və hərbi qulluqçuların iştirak etdiyi mərasimdə şəhid əsgərlərimizin şücaətindən bəhs olunub, ruhlarına dualar oxunub.
    Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, martın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonu ərazisində qoşunların təmas xəttində təxribat törətməyə cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilərək, qarşısı alınıb. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.
    Anım mərasimində Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin qardaşına təqdim edib.
    Şəhidin atası Raqub Abbasov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.
    Sonra rayon icra hakimiyyətinin nümayəndəsi Elvin Umudov çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, tərtərlilərin döyüşlərdə göstərdiyi sücaətlərdən, ordu və xalqın birliyindən danışıb və işğal altında olan torpaqlarımızın azad olunması üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hazır olduqlarını bildirib.

    Müəllif: Redaktor, 11:37

    Teqlər:

İsmarıclar bağlıdır.