Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr

    скачанные файлы1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSR-i Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi qeyd etmək lazımdır. O zaman bu kursları bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından 2 nəfəri xüsusi fədakarlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yüksək mükafatı- “Florens Naytingel” medalı ilə təltif edilmişlər.
    1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Respublikada nümayəndəliyi açılmışdır.
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 fundamental prinsipləri var. Bunlar-İnsansevərlik, qərəzsizlik , neytrallıq, müstəqillik könüllülük, birlik, universallıqdır.
    Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin 7 aprel 2008-ci ildə imzaladığı sərəncamla hər il 10 martda Respublikada Qızıl Aypara Günü qeyd olunur.
    Cəmiyyətin missyası İnsanlığın gücünü səfərbər etmək, zavallı insanlara xidmətdir Fəaliyyətləri, 7 regional mərkəz, 92 rayon və şəhər sahə bölmələri vasitəsilə həyata keçirilir. 300 mindən artıq üzvü, 16 mindən çox könüllüsü vardır.
    Bu xüsusda QAC-ın xəttilə rayonumuzda bir sıra nəzərəçarpacaq işlər görülmüşdür. 2007-2010-cu illərdə Qapanlı, Əksipara, Sarov, Qaradağlı kəndlərində təhlükəsiz oyun meydançaları inşa olunmuş, 2011-ci ildə ailə başçısını itirmiş mina qurbanlarının 16 ailəsinin hər birinə 1 baş iribuynuzlu mal alınıb verilmişdir.
    Eyni zamanda BQXT-nin maliyyə dəstəyi ilə Ağkənddə 63 ailənin, Dəmirçilər kəndində 96 ailənin hər birinə 750 manat, Həsənqaya, Şıxarx kəndlərində 34 ailənin hər birinə 1100 manat, 2012-ci ildə Qaradağlı və Qapanlı kəndlərində 36 ailənin hər birinə 1100 manat, 2013-cü ildə Borsunlu kəndində 63 ailənin hər birinə 1100 manat, 2014-cü ildə 120 ailənin hər birinə 1100 manat humanitar yardım göstərilmişdir. Bundan başqa Qızıl Aypara Cəmiyyətinin xətti ilə Gənclər Mərkəzində kompüter kursları fəaliyyət göstərir. Rayon ərazisində yaşayan aztəminatlı ailələrin övladları bu kurslarda təmənnasız olaraq kompüter biliklərinə yiyələnirlər.

    Etibar Heydərov ,

    Azərbaycan Qızıl Aypara Cəmiyyəti

    Tərtər Rayon Bölməsinin sədri

    Müəllif: Redaktor, 10:11

    Teqlər:

İsmarıclar bağlıdır.