Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr

    Изображение 028Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. Qrupun tərkibinə “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komso-molskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.
    Xarici jurnalistlər Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, cəbhə xəttindəki vəziyyətlə maraqlanıblar.
    Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən Lələtəpə yüksəkliyini kənardan müşahidə ediblər.
    Xarici jurnalistlər rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.
    Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətində olublar. Onlar erməni artilleriyasının zərbələri nəticəsində daha çox ziyan dəymiş Qapanlı kəndinin sakinlərilə də görüşmüşlər.
    Qeyd edək ki, xarici jurnalistlərin bu səfəri qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha operativ çatdırmaq məqsədi ilə təşkil edilib.
    Xarici jurnalistlərin gördükləri həqiqətlər qısa müddət ərzində dünya KİV-lərində əksini tapıb.

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.