Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr

    16932LmORxJqkclzSBhsyKnVMAHIb“Şəhid olmağa gedirəm”
    Bu sözləri kəşfiyyatçı Nicat İsgəndərov son döyüşə gedərkən söyləmişdi. Telefonda onun səsi qalıb. Bir az həyəcanlı, bir az sevincli. Döyüş dostları deyirlər ki, bu məqamı–torpaqlarımızı azad etmək əmrini hər birimiz gözləyirdik. Nicat da həmin əmri beşillik hərbi həyatının zirvəsi kimi qəbul etdi.
    Döyüşə ruh yüksəkliyi ilə qatıldı və aprel hadisələri zamanı Füzuli istiqamətində cəbhədə həlak olan ilk şəhidlərdən biri oldu.
    Atası Bəhruz İsgəndərov deyir:
    –Biz bu günə hazır idik. Çünki kəşfiyyatçının hər anının təhlükəli olduğunu bilirdik.
    “Nicat dünyanın ən yaxşı oğullarından biriydi”
    –Öz oğlum olduğuna görə demirəm, –Bəhruz ata fikrini davam etdirir. Nicat həqiqətən dünyaının ən yaxşı oğullarından biri idi. Nə mənim, nə də anasının sözündən hec zaman çıxmazdı. Tək bizi, bacısını deyil, bütün qohum-əqrabanı, qonşuları daim sevindirməyə, yaxşılıq etməyə çalışırdı.
    Mən özüm dülgərəm, atam da dülgər olmuşdu. İstəyirdim övladım da bu yolu seçsin. Ancaq o, hərbçi olmaq istədi, öz arzusu ilə də ən çətin sahəni–kəşfiyyatı seçdi. Onda başa düşdüm ki, Nicat üçün hamıdan əziz və müqəddəs vətəndir. O özü bunu mənə belə izah etdi ki, “Vətən də elə bizik, ailəmiz, şəhərimiz, Azərbaycanımız. Mən sizin hamınızı qoruyacağam. Şəhid olanların qisasını alacağam”. Dediyi kimi də elədi.
    “İgid döyüşçü, mehriban yoldaş”
    Hərbçi yoldaşları–tabor komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini Elnur Əmirov, kiçik çavuş Mübariz Məmmədov, gizir Sabir Quliyev isə Nicat haqqında belə dedilər. Bildirdilər ki, ən çətin əməliyyatlara o özü getməyə çalışırdı. Çox qorxmaz idi. Əsgərlərə qarşı tələbkarlığı ilə yanaşı xüsusi bir qayğısı da vardı. Özü də gənc olmasına baxmayaraq, bir ata kimi onları qoruyurdu.
    Kəşfiyyat tağım komandirinin müavini olan Nicat İsgəndərov xidmət etdiyi hərbi hissənin, Azərbaycan Ordusu-nun, xalqımızın fəxridir.
    “Elə bilirdim, ona güllə dəyməz”
    Bu sözləri isə Maya ana söylədi. Həm göz yaşları içində, həm də sonsuz bir qürurla.
    O dedi:
    – Nicat hələ uşaqlıqdan özünü hərbçi həyatına hazırlayırdı. Gözəl idmançıydı. Bu xüsusiyyəti Bakıda kəşfiyyat üzrə keçdiyi təlim kurslarında ona çox kömək edirdi. Kəşfiyyatçı olması ilə kifayətlənməyib, xüsisi təyinatlı dəstədə qulluq etmək üçün də təlim keçmişdi. Bir sözlə, harada çətinlik vardısa, Nicat orda olmaq istəyirdi. Özü mənə təlqin etmişdi ki, düşmən gülləsi ona dəyməz. Güllə dəymədi, mərmi partlayışı nəticəsində həlak oldu…
    Maya ana son günlərdə uca şəhidlik zirvəsinə yüksəlmiş hərbçilərimizə Heydər Məscidində Heydər Əliyev Fondu-nun prezidenti Mehriban xanım Əliyevanın adından verilən ehsan tədbirində iştirak edib.
    Bu tədbirdə Mehriban xanımın qadınlarımızın hər biri ilə ayrı-ayrılıqda söhbət etməsi, onlara təsəlli verməsi bir daha xatırlatdı ki, kədər içində olan şəhid analarının, şəhidlərin ömür-gün yoldaşlarının dərdi hamının, bütün xalqımızın, o cümlədən Mehriban xanımın özünün də dərdidir. Eyni zamanda bu hadisələr həm də xalqımızın azadlıq salnaməsi-nin şərəfli və unudulmaz səhifəsidir. “Biz başımızı uca tutur, Vətən üçün canından keçən övladlarımızla fəxr editik”–deyə şəhid anası bildirdi.
    Toy olmalıydı…
    İki il əvvəl Nicat nişanlanmışdı. İki aydan sonra isə toyu olmalıydı. Bəhruz kişi bu toya xüsusi bir həvəslə hazırlaşırdı. “Gitaraçalan Rəmişi, ən yaxşı müğənniləri dəvət edəcəyəm”,–deyirdi. “Qoy mənim igid oğlumun məclisinin sorağı bütün Qarabağa yayılsın”.
    İndi şəhid qapısına dəvətsiz gələn insanların ardı-arası kəsilmir. Sanki şəhid atasının ürəyindəki arzusundan xəbər tutan Rəmiş də həyat yoldaşı ilə birlikdə gəlmişdi. Bəli, bu məclisin səsi-sorağı bütün Azərbaycana yayılıb.
    Necə gündür ki, Sevinc qəhrəman nişanlısının yolunu gözləyir. O bilir ki, şəhidlik ancaq seçilmişlərə qismət olur. Nicat belələrindəndir. Onun xatirəsi əbədi yaşayacaq.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:06

    Teqlər:

İsmarıclar bağlıdır.