Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    новый-112Dünya təcrübəsi göstərir ki, hər hansı əkinçilik sistemi, ən yüksək perspektivli kənd təsərrüfatı şəraiti olursa olsun, yaxşı təşkil olunmuş bitki-mühafizə sistemi olmadan yüksək məhsul götürülməsinə zəmanət vermək qeyri-mümkündür.
    Hal-hazırda bütün dünyada bitkiçilik sahəsində əsas yeri kimyəvi mübarizə üsulu tutur. Hansı ki, onun köməyi ilə əsas məhsul itkisi aradan qaldırılır.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aqrar sahənin inkişafı ölkədə ərzaq bolluğunun əsas və başlıca məsələsidir. Elə buna görə də biz də bütün bunları nəzərə alaraq kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, ekoloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl aparılmasına çalışırıq.
    Bildiyimiz kimi, kənd təsərrüfatı bitkilərinə ziyan vuran zərərvericilər siçanabənzər gəmiricilərdir. Rayonumuzun ermənilərlə 48 kilometr cəbhə boyu təmas xətti olduğuna görə bu ziyanvericilər becərilməyən torpaqlarda çoxalaraq bizim təsərrüfatda becərilən bitkilərə ciddi ziyan vurur. Bütün bunları nəzərə alaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Respublika Bitki Mühazfizəsi Mərkəzinin göstərişi əsa-sında kənd təsərrüfatı bitkiləri əkən fermerlərə siçanabənzər gəmiriciləri məhv etmək məqsədilə pulsuz dərmanlar verilmişdir. Həmin dərmanların köməyi ilə 1166 hektar taxıl və 500 hektardan çox yonca sahələrində gəmiricilərə qarşı dərmanlama işləri aparılmışdır. Dərmanların hazırlanması işinə və sahələrə verilməsinə bizim mərkəzin işçiləri nəzarət edirlər.
    Bu cür mübarizə tədbirlərinin həyata keçirilməsində yerlərdə bir sıra icra nümayəndələri və bələdiyyələr daha yaxından iştirak etmişlər. Bunlara misal olaraq Qarağacı, İsmayılbəyli, Qaynaq, Qapanlı, Borsunlu, Əksipara kəndlərini və Şıxarx qəsəbəsini misal göstərmək olar.
    Bir məsələni də qeyd etmək istərdim ki, fermerlər bu sahəni diqqətdən kənarda qoymasınlar. Ona görə ki, siçanabənzər gəmiricilər tez bir zamanda artıb çoxala bilirlər. Bunlarn ən çox inkişaf edib, çoxaldığı sahələr yoncalıqlardan başlayır. Ona görə ki, yonca sahələrində mübarizə tədbirləri mütəmadi şəkildə aparılmır. Əgər kütləvi artım baş verərsə, gəmiricilər sahəni tamamilə məhv edə bilər. Bunun üçün əsasən qış aylarında yoncalıqları dərmanlamaq vacibdir.

    Füzuli Əzimov,

    Tərtər Rayon Bitki –Mühafizə

    Mərkəzinin rəisi

    Müəllif: Redaktor, 12:30

    Teqlər: ,

İsmarıclar bağlıdır.