Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    WP_20140503_017Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün ərzaq məhsullarına olan təlabatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıqları düzgün siyasət nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalında dinamik artım yaranmışdır.
    Təkcə ötən il Azərbaycanda bu sahədə artım 6,6 faizə çatmışdır. Xüsusilə taxılçılıqda məhsuldarlıq yüksəlib. Lakin bununla belə ölkəmizdə istehsal edilən taxıl respublika əhalisinin 64 faizini təmin edir. Məhz buna görə də ölkənin taxılla təminatının idxalından asılılığının aradan qaldırılması ölkə başçısı tərəfindən ciddi məsələ kimi qarşıya qoyulmuşdur.
    Kənd təsərrüfatının prioritet sahələrindən olan taxılçılığın inkişaf etdirilməsi üçün üç əsas amil vardır. Bunlar yüksək məhsuldar, xəstəliklərə davamlı və texnoloji keyfiyyətlərə malik sortların yetişdirilməsi, intensiv becərmə texnologiyasının tətbiqi və keyfiyyətli toxumdan istifadə olunmasıdır.
    Bu sahədə bizim Bölgə Təcrübə Stansiyasında böyük işlər görülmüşdür. Belə ki, respublikamızda geniş sahələrdə əkilib becərilən Əzəmətli -95, Əkinçi -84, Zirvə -85, Tale -38, Aran, Azəri, Murov -2, Fatimə, Şəfəq -2, Qırmızı –gül -1, yumşaq buğda, bərəkətli -95, Qarabağ, Qaraqılçıq -2, Tərtər bərk buğda, Qarabağ -7, Qarabağ -22, Qarabağ -33 sortları stansiyamızda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri ilə birlikdə yaradılmışdır. Aparılan seleksiya işlərinin bugünkü nailiyyəti olaraq Dövlət Bitki Sortlarının qeydiyyatı və Toxuma Nəzarət Müfəttişliyində Mahmud-80, Pərvin, Altun-2, Mətin, Əsgəran yumşaq buğda, Zəngəzur bərk buğda, Zəmi, Günəş arpa sortları müvəffəqiyyətlə sı-naqdan keçirilir.
    Ötən il stansiyada 228 hektar sahədə dənli taxıl bitkiləri səpilmişdir. Bundan 38 hektarı arpa, 250 hektarı buğda əkinləri olmuşdur. Stansiya üzrə cəmi 866,5 ton taxıl məhsulu biçilmişdir. Hər hektardan məhsuldarlıq 30,1 sentner olmuşdur. 2015- ci ildə 14 taxıl sortunun toxum-çuluğu ilə məşğul olunmuşdur. Bunlardan 11-i yumşaq buğda, 1-i bərk buğda, 2-si isə arpa sortlarıdır.
    Toxumtəmizləyən aqreqatlarda 684,6 ton toxuma yararlı dən təmizlənməyə bura-xılmış, 484,8 ton kondisiyalı toxum əldə edilmişdir. İstehsal olunan toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikanın dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilmişdir.
    Hazırda rayonumuzda taxıl üzrə iki toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar elit toxumu bizdən alıb R-1, yəni birinci reproduksiyalı məhsul əldə edir və bu məhsulu fermerlərə satırlar.
    Qeyd etdiyim kimi, taxılçılıqda yüksək məhsuldarlığa nail olmağın digər mühüm şərti müasir intensiv texno-logiyalardan istifadə edilməsidir. Bu məqsədlə stansiya-mızda tirəli səpin üsulu tətbiq edilir. Üsulun üstünlüyü bundadır ki, burada toxuma 40-50 faiz qənaət olunur. Tirəli üsulla hər hektara 120-140 kq taxıl səpilirsə, adi qaydada aparılan səpin zamanı bu rəqəm 250 kq-a çatır. Eyni zamanda suvarma suyuna qənaət olunur, suçunun əməyi yüngülləşir.
    Səpin xüsusi müasir aqreqatla aparılır, fermerlər bu cür aqreqatları Aqrolizinq yolu ilə sifariş verib ala bilərlər.
    Tirələr arasında 70 sm məsafənin boş qalması həmçinin bitkilərin günəş şüası ilə bol təmin edilməsinə şərait yaradır ki, bu da taxılda xəstəliklərin olmasının qarşısını alır.
    Bundan əlavə, sıfır (0) becərmə, minimal becərmə üsullarından da istifadə edilir. Bu zaman fermerlərin xeyli vəsaitinə qənaət olunur və nəticədə məhsulun maya dəyəri aşağı düşür. Bu isə müasir dövrdə qarşımızda duran başlıca vəzifələrdən biridir.
    Taxılın becərilməsində böyük səmərə verən müasir üsullardan biri də toxumun səpindən əvvəl xüsusi qurğu ilə ozonlaşdırılmasıdır. Bu proses stansiyamızda Milli Aviasiya Akademiyasının əməkdaşları ilə birgə həyata keçirilir. Bu zaman heç bir kimyəvi dərmanlardan istifadə etmədən bitkilərin xəstəliklərə davamlılığı artırılır. Eyni zamanda toxumun cücərmə enerjisi yüksəlir, məhsuldar kollama əmsalı çoxalır. Beləliklə də məhsuldarlıq artır.
    Bizim Bölgə Təcrübə Stansiyası 1993- cü ildə Azərbaycan Dövlət Seleksiya Stansiyası kimi yaradılmışdır. 1957 –ci ildə Elmi – Tədqiqat Əkinçilik İnstitutunun tərkibinə verilmiş və Zona Təcrübə Stansiyası kimi fəaliyyətini davam etdirmişdir.
    Hər dövrün, zamanın öz tələbləri və qayğıları olur. Bu gün qarşımızda duran başlıca vəzifə aqrar yüksəlişə nail olmaqla ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu istiqamətdə uğurlu işlərimizi davam etdiririk.

    Mehman Babayev,
    Tərtər Bölgə Təcrübə
    Stansiyasının direktoru

    Müəllif: Redaktor, 12:41

    Teqlər:

İsmarıclar bağlıdır.