Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    0d8235eaa205aef516386ce816942e28Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda «Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında» imzalanmış müqavilə ilə əlaqədar təsis olunub. O vaxtdan dünyanın bir çox ölkəsində 15 aprel Mədəniyyət Günü kimi qeyd olunur. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi də tanınır.
    Çünki Ümumdünya Mədəniyyət Gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Bel-çikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
    2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Arqentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün Beynəlxalq hərəkat yaranıb.
    Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə tarixi abidəmizin, incəsənət əsərinin, kitabxanaların və digər mədəni irsimizin talan edilməsinə göz yumur. Azərbaycan əsgəri 20 ildən artıq işğal altında olan torpaqlara ayaq basdı. Deməli, Qələbə Günü uzaqda deyil. Biz o yerlərə qayıdacağıq və düşmən öz əməlinə görə cavab verəcək.

    Müəllif: Redaktor, 13:47

    Teqlər:

İsmarıclar bağlıdır.