Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    TƏRTƏRDƏ QURUCULUQ İŞLƏRİ SAKİNLƏRƏ RAHATLIQ GƏTİRİR

    182e7ec7111f25bf00761ecc1f182c8bИзображение 062Təmas xəttində yaşayan tərtərlilər hətta cəbhədə vəziyyətin
    gərginləşdiyi vaxtda belə, tikinti-abadlıq işlərini davam etdirirlər. Bu işgüzarlığın sayəsində rayon ilbəil abadlaşır, əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll olunur.

    Tərtər şəhərinin Heydər Əliyev prospektinə və bir sıra küçələrinə asfalt-beton örtüyü salınması üçün hazırlıq işləri aparılır. E.Hüseynov küçəsi və küçənin davamı olan magistral yol isə Şıxarx qəsəbəsinədək artıq asfaltlanmağa başlanmışdır. Bundan əlavə, Tərtər çayı sahilində salınacaq yeni parkın ərazisi təmizlənir, ağaclar budanır. Ərazidən keçən yüksək gərginlikli elektrik hava xətti kənarlaşdırılmışdır. İndi park ərazisindən keçən Buruc arxı betonla üzlənir.
    Şəhərdəki çoxmərtəbəli ictimai yaşayış binalarının fasad və daxili hissələrinin suvanıb rənglənməsi, inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasında, tikilən şahmat məktəbi və kənd təsərrüfatı idarəsinin inzibati binasında işlərin davam etməsi də rayonda aparılan tikinti-abadlıq tədbirləri sırasındadır.
    2015-ci ilin iyun ayından Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanılmışdır. Layihədə 110 km içməli su və 110 kilometr kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulub. İndiyədək Tərtər şəhərində magistral kanalizasiya, artezianlararası və təzyiqsiz magistral su, eləcə də şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətləri çəkilmişdir. Hazırda içməli su verilən abonentlərin həyətyanı sahəsində sayğaclar, kanalizasiya xətlərində dəmir-beton baxış quyuları, ev birləşmələri quraşdırılır. Şəhərdə tutumu 5000 kubmetr olan 2 su anbarının tikilməsi də nəzərdə tutulub. Həmin su anbarlarının içməli su ilə təmin olunması üçün qazılacaq 9 subartezian quyusundan 3-ü artıq hazırdır.
    Tərtərlilər beləcə ön cəbhədə qəhrəmanlıqla vuruşur, arxa cəbhədə isə səylə işləyirlər.

    Lazım QULİYEV,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 14:12

    Teqlər:

İsmarıclar bağlıdır.