Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    GÖZƏL ALİM VƏ MÜQƏDDƏS ANA

    1398452281Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.
    Akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. Onun 28 aprel 1923-cü il Şərur rayonu Şaxtaxtlı kəndindən başlayan ömür yolu olduqca zəngin və yalnız parlaq səhifələrlə dolu bir ömür oldu. O, Yaradanın xoş saatında doğulan bir insan idi. Əvvəla, Zərifə xanım Əziz Əliyev kimi görkəmli bir alimin, elm adamının, vətənpərvər bir ziyalının, SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadiminin ailəsində dünyaya göz açdı, zəngin mənəvi mühitdə tərbiyə aldı. Və nəsil şəcərəsinə, ailəsinə, valideynlərinə layiq övlad oldu. Dünya siyasətində ən uca zirvələrdən birində dayanan Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olması, əsil məhəbbət, sevgi adlı imtahanda da sınanaraq qəlbən, ruhən bağlı olduğu ömür-gün yoldaşına, Ulu Öndərə bu uca zirvəyə çatmaqda yorulmaz silahdaşa, mənəvi dayağa çevrilməsi Zərifə xanımın ikinci xoşbəxtliyi idi. Akademik Zərifə Əliyevanın alim kimi tibb elmində qazandığı böyük uğurlar da heç kimə sirr deyil və bu uğurlar onun Azərbaycan elmində, ümumilikdə tibb aləmində təsdiqlənmiş, qəbul olunmuş minnətsiz, sabit yerinin qarantıdır. Və nəhayət, Zərifə xanım Ulu Öndər Heydər Əliyevə ləyaqətli oğul, çox zəngin tarixi keçmişi olan xalqımıza, Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, artıq dünya siyasətində öz nüfuzu olan İlham Əliyev kimi Prezident bəxş edən bir Ana kimi də unudulmazdır…
    …Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alır. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayır və bütün ömrünü oftalmologiyaya həsr edir. 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki olur.
    O, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. Və o, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi. Akademik Zərifə Əliyeva, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycanın Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb. Amma uğurları nə qədər çox olsa da, ömür payı o qədər qısa oldu. Elə bir bahar günündə – 15 aprel 1985-ci ildə dünyasını dəyişdi. Ömrü 62 il oldu.
    …Bu gün Fəxri Xiyabanda iki qonşu məzardan birində dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, Azərbaycana, bütöv türk dünyasına ucalıq gətirən Heydər Əliyev, digərində isə bütün ömrü boyu öz həyat yoldaşına mənəvi dayaq olmuş əsl insan, gözəl alim və müqəddəs Ana – Zərifə xanım Əliyeva uyuyur. Onların hər ikisinin parlaq xatirəsi qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq.

    Müəllif: Redaktor, 14:41

    Teqlər:

İsmarıclar bağlıdır.