Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    DSC_2434(2)DSC_2483Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
    Tərtər şəhərində Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçı-lığı ilə “Hər anımız Vətən deyir” adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycanın dövlət himnini ifa ediblər.
    Ön xətdə xidmət edən hərbi qulluqçuların, ictimaiyyət nümayəndələrinin, Qarabağ müharibəsi veteranları və şəhid DSC_2455ailələrinin, gənclərin iştirak etdikləri tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək aprelin əvvəllərində cəbhədə baş verən hadisələr zamanı Azərbaycan Ordusunun düşmənə vurduğu ağır zərbələrdən və hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan söhbətlər açıb. Əminliklə bildirib ki, xalqla ordunun monolit birliyi sayəsində belə hərbi vətənpərvərlik bayramları tezliklə işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcək.
    Tərtərlilər tədbirdə böyük coşqu ilə iştirak etdilər. Birbaşa ön cəbhədən təmas xəttin-dən gələn zabit və əsgər-ləri hərarətlə qarşıladılar.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, “Hər anımız Vətən deyir” adlı hərbi şöhrət bayramının qəhrəman Tərtərdə keçirilməsi hər bir tərtərlini ürəkdən sevindirir. Aprelin əvvəlində cəbhədə baş verənlər Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi.
    Qeyd edilib ki, düş-mənin yaşayış məntəqələrini atəşə tutmasına, təxribatlarına baxmayaraq, tərtərlilər qəhrəmanlıq nümunəsi gös-tərir, bir an belə öz ev-eşiyini tərk etmir, əsgərlərimizə dəstək olurlar. Rayonda tikinti-quruculuq, abadlıq işləri aparılır, yol çəkilir, infrastruktur layihələri həyata keçirilir.
    Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tərtərlilərdə nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.
    Tədbirdə rayon ictimaiyyəti, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri, gənclər və hərbçilər Vətənin müdafiəsində öz həmrəyliklərini nümayiş etdirib, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Döyüşən Tərtərdə hər anımız Vətən deyir” şüarları səsləndiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:00

    Teqlər:

İsmarıclar bağlıdır.