Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr

    Foto Fransa Senatoru 1Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ilə görüşüb.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdəki milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünya ictimaiyyətinə  tanıdılması üçün atılan addımlardan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən  ətraflı söz açıb.Senator Jan-Fransua Mansel rəhbərlik etdiyi Azərbaycanın Dostları Assosiasiyasında Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini, qurumun yarandığı vaxtdan indiyədək Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəmədiyini bildirib.

    Səmimilik şəraitində keçən görüşdə yaxın gələcəkdə Fransa universitetlərindən birində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, Fransanın müxtəlif şəhərlərində multikulturalizm mövzusunda konfrans və dəyirmi masaların təşkili ilə bağlı müzakirələr aparılıb.

    Yadigar Məmmədli,

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti

     

     

    Müəllif: Redaktor, 13:58

    Teqlər:

İsmarıclar bağlıdır.