Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04May

    DSC_3109Изображение 248İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə cəbhə və sərhəd bölgələrində fəaliyyət göstərən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində Tərtər rayonunda tədbir keçirib.
    Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, rayonda sahibkarlara göstərilən diqqət və qayğıdan, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, pambıqçılığın, baramaçı-lığın inkişafı üçün yeni tədbirlər həyata keçirilir.
    Rayon rəhbəri sahibkarlara göstərilən dəstəyə görə rayon əhalisi, o çümlədən rayon sahibkarları adından cənab Prezidentə öz minnətdarlığını bildirib.
    Yüz iyirmiyə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Tərtər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq təsərrüfatlarının, 3 ulduzlu otelin və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik-həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
    Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 577 sahibkara 45,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 950-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
    İşgüzar forum çərçivəsində Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 260 min manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, pambıqçılıq, heyvandarlıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
    Tədbir çərçivəsində Tərtər rayonunda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:11

    Teqlər:

İsmarıclar bağlıdır.