Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    Изображение 139Ikinci dünya müharibəsindən bizi 71 il ayırır. Illər ötdükcə müharibədə şücaət göstərib evlərinə qayıdan Böyük Vətən müharibəsi iştirakçılarının sayı azalır.
    Əgər 2012-ci ildə rayonumuzda 15 nəfər müharibə veteranı vardısa, indi onların sayı 7 nəfərdir. Ümumiyyətlə isə Böyük Vətən müharibəsi başlayanda Tərtər rayonundan mü-haribəyə 2417 nəfər getmişdi, onların 1650 nəfəri müharibədən qayıtmayıb.
    Azərbaycanımızın bütün bölgələrində ikinci dünya müharibəsinin sağ qalan iştirakçılarına dövlət tərəfindən daim lazımi diqqət və qayğı göstərilir.
    Həmişə olduğu kimi bu il də ölkə Prezidenti möhtərəm İlham Əliyev Qələbənin 71-ci ildönümü münasibəti ilə sağ qalan hər bir müharibə iştirakçısına 1000 (min) manat, onların dul qalmış qadınlarına 700 manat, müharibə vaxtı arxa cəbhədə işləyənlərin hər birinə 500 manat verilməsi haqqında sərəncam imzalamışdır.
    Bundan əlavə veteranların əksəriyyəti minik maşınları ilə təmin olunub.
    Rayonumuzun ərazisində yaşayan Böyük Vətən müharibəsi iştirakçılarına rayon rəhbərliyi tərəfindən daim qayğı gös-tərilir. Bayram günlərində adları anılır. Pulsuz tibbi xidmət göstərilir, hər il müalicə mərkəzlərinə göndərilirlər.
    Xəstəxanaya gələ bilməyən bəzi müharibə veteranlarının səhhətini yoxlamaq və onlara tibbi xidmət göstərmək məq-sədilə rayonda xüsusi həkim briqadası yaradılıb.

    Iman Almuradov,
    Tərtər Rayon Böyük Vətən

    müharibəsi, əmək, silahlı

    qüvvələr və hüquq-mühafizə

    veteranları təşkilatının sədri

    Müəllif: Redaktor, 11:08

    Teqlər:

İsmarıclar bağlıdır.