Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    Изображение 111DSC_3966Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Abdullayeva rayonun ictimaiyyət nümayəndələri və ağsaqqalları ilə birlikdə Tərtər rayonunda olmuşlar. Nümayəndə heyətini rayon icra hakimiyyəti və YAP rayon təşkilatının nümayəndələri qarşılamışlar. Onlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini yad etmişlər. Sonra nümayəndələr “N” saylı hərbi hissədə hərbçilərlə görüşmüşlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini salamlamış, sonra Tərtərin düşmən üçün alınmaz qala olmasından, əsgərlərimizin döyüş şücaətindən söhbət açmış, 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmən təxribatlarına layiqli cavab verdiyini bildirmişdir. Sonra Milli Məclisin deputatı Sədaqət xanım Abdullayeva çıxış edərək zabit və əsgərləri salamlamış, onları Vətənin müdafiəsində ayıq-sayıq olmağa səsləmiş, ordudakı yüksək əhval-ruhiyyəni alqışlayaraq “Siz vətən uğrunda döyüşlərə ölməyə deyil, öldürməyə gedirsiniz”,- demişdir. Hərbçilər deputatın çıxışını alqışlarla qarşılamışlar.
    Həmyerlimiz akademik Vaqif Abbasov, Nizami rayon Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri Cəmiyyətinin sədri Məhi Mehdiyev, Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək öz ürək sözlərini bildirmişlər. Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin üzvü Zeynalabdin Tağıyev “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeirini söyləmişdir.
    Tədbir rayon mədəniyyət evinin “Tərtər” özfəaliyyət ansamblının hazırladığı konsert proqramı ilə davam etmişdir. Qonaqlar hərbçilərlə birgə rəqs etmişlər. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup hərbçiyə hədiyyələr verilmişdir.

    Müəllif: Redaktor, 11:17

    Teqlər:

İsmarıclar bağlıdır.