Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    Изображение 193DSC_3687 (Копировать)Rayon icra hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə rayon təhsil işçilərinin iştirakı ilə Gənclər Mərkəzində Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirmişdir. Tədbirdə əvvəlcə Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş məruzə söyləmişdir. Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğı nəticəsində tərtərli məktəblilərin cari dərs ilində qazandıqları uğurlardan bəhs etmişdir.
    Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, Əskipara kənd tam orta məktəbinin tarix müəllimi Dilguşə Aslanova çıxış edərək Ulu Öndərin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, onun söylədiyi kəlamları yada salmışlar: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəsindən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
    Tədbir iştirakçıları şagirdlərin ifasında mahnıları, şeirləri dinlənmiş, rəqslərə tamaşa etmişlər.
    Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərdən danışmışdır.
    Tədbirdə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və rayon təhsil şöbəsi tərəfindən təhsildə və ictimai işlərdə fərqlənən bir qrup məktəbliyə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
    Yığıncaq bu fikirlərlə tamamlandı: Ulu Öndərin xatirəsi bütün Azərbaycan xalqının qəlbində yaşayır. O, Azərbaycan təhsilinin yolunda sönməyən bir mayakdır. Biz fəxr edirik ki, Azərbaycanlıyıq.

    Müəllif: Redaktor, 11:50

    Teqlər:

İsmarıclar bağlıdır.