Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    LƏLƏTƏPƏ QƏHRƏMANLARI– İSGƏNDƏROV NİCAT BƏHRUZ OĞLU

    Изображение 215DSC_5189 (Копировать)12 may – həmin gün onun qırx mərasimi idi. Bütün tərtərlilər toplaşmışdılar şəhərin mərkəzi meydanına. Lələtəpə uğrunda gedən döyüşlərdə Nicat İsgəndərovun göstərdiyi igidliyə görə hər bir tərtərli qürrələnirdi. Şəhidin şəkli güllərlə bəzədilmişdir. Tədbirə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin nümayəndəsi, artıq bütün tərtərlilərin yaxşı tanıdığı və sevdiyi polkovnik Abdulla Qurbani, təhsil, səhiyyə, mədəniyyət işçiləri, N. saylı hərbi hissənin əsgərləri, şəhid Nicat İsgəndərovun ailə üzvləri və döyüş yoldaşları da qatılmışdılar.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açdı, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Sonra rayon rəhbəri 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmənə layiqli cavab verməsindən, tərtərlilərin döyüş əzmkarlığından danışdı. Bildirdi ki, həmin günlərdə Tərtər camaatı ordu ilə monolit birlik nümayiş etdirdi.
    Düşmən bir daha gördü ki, Azərbaycanın güclü Milli Ordusu, qətiyyətli Ali Baş Komandanı var. Məhz bu birliyin sayəsində strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad edildi. Ordumuz mövqelərini möhkəmlətdi. Nicat da Lələtəpə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Bu gün hər kəs Nicatla qürur duyur. Çünki o, vətən uğrunda həlak olmuş, evdən deyil, eldən gedən oğullardandır.
    Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək Lələtəpə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicatdan, onun döyüş dostlarından danışdı. Onları Lələtəpə bayraqdarları, igid qartallar adlandırdı. Polkovnik şəhid atasına oğlunun ölümündən sonra layiq görüldüyü “İgidliyə görə” medalını təqdim etdi.
    Şəhid atası Bəhruz İsgəndərov öz çıxışı ilə tədbir iştirakçılarına kövrək hisslər yaşatdı. “Oğul vətən üçündür”- dedi. “Şəhidlər ölməz, vətən bölünməz.”
    Tədbirdə Nicatın yaralı döyüş yoldaşı Ruslan Ağayev, Vətən Müharibəsi Veteranları Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, Nicatın məzunu olduğu şəhər 1 saylı tam orta məktəbin şagirdi Elmir Səfərov çıxış etdilər. Qeyd olundu ki, şəhid Nicat İsgəndərovun xatirəsi hər kəsin qəlbində daim yaşayacaqdır.
    Mərasimdə vətənpərvərlik mahnıları da səsləndirildi. Polkovnik Abdulla Qurbani lələtəpə qəhrəmanlarına həsr olunmuş mahnı diskini rayon rəhbərinə, rayon rəhbəri isə şəhid atasına hədiyyə etdi.

    Müəllif: Redaktor, 13:35

    Teqlər:

İsmarıclar bağlıdır.