Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    DSC_4392 (Копировать)DSC_4420 (Копировать)Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mərasim keçirilmişdir.
    Minlərlə tərtərli rayonun mərkəzi meydanına gələrək, Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etmiş, ona öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər. Meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə əklil qoymuşdur. İcra başçısının ardınca anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar, minlərlə sadə tərtərli Azərbaycan xalqının Ümummillli Lideri Heydər Əliyevi hörmətlə anaraq, abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər. Abidənin ətrafı güllərdən düzəldilmiş kompozisiya və əl işləri ilə bəzədilmişdir.
    Tədbir rayon ərazisində iməcilik və ağacəkmə kampaniyası, Heydər Əliyevin adını daşıyan parkda kitab və rəsm müsabiqəsi ilə davam etdirilmişdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:39

    Teqlər:

İsmarıclar bağlıdır.