Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn

    QƏHRƏMAN TƏRTƏRİN İSTEDADLI UŞAQLARI

    Изображение 011Изображение 01461950-ci il iyunun 1-də BMT-nin Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
    Ölkəmizdə uşaqların problemləri həmişə diqqət mərkəzində saxlanılır, onların hərtərəfli inkişaf etməsinə, xoşbəxt böyümələrinə qayğı göstərilir.
    Ulu Öndər Heydər Əliyev uşaqları çox sevirdi və vaxtının az olmasına baxmayaraq, onların tədbirlərində məmnunluqla iştirak edirdi. Hazırda uşaqların sağlam və firavan böyüməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Azərbaycanın birinci xanımı və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu missiyanın həyata keçirilməsi üçün çox iş görür.
    Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, dövlətimizin və rayon rəhbərliyinin daimi diqqət və qayğısı sayəsində tərtərli məktəblilər təhsildə, idmanda və digər sahələrdə ürəkaçan nailiyyətlər qazanırlar.
    Aprelin 1-dən cəbhədə vəziyyətin gərginləşməsindən sonra düşmən tərəfindən atılan mərmilər Tərtər rayonunda bir neçə məktəbə və uşaq bağçasına düşmüşdür. Bütün bunlar BMT-nin qəbul etdiyi qətnamələrə ziddir və dinc əhalinin, o cümlədən uşaqların hüquqlarının kobud surətdə pozulması deməkdir.
    Lakin, necə deyərlər, qoy düşmənlərimiz sevinməsin. Müharibə şəraitində yaşasaq da, Tərtərin gül balaları öz istedadları və gücləri ilə rayonumuza şöhrət gətirirlər.
    Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov fənn olimpiadasınnın respublika turunda qalib gəlmiş məktəbliləri və onların müəllimlərini qəbul etmişdir. Belə ki, Cəmilli kənd tam orta məktəbinin X sinif şagirdi Cümşüd Qurbanov tarix fənni üzrə II yerə, şəhər 2 saylı məktəb-liseyin IX sinif şagirdi Nuranə Kərimova və Də-mirçilər kənd tam orta məktəbinin IX sinif şagirdi Kubra Bayramova həmin fənn üzrə III yerə layiq görülmüşlər.
    Bu münasibətlə uşaqları ürəkdən təbrik edən rayon rəhbəri bildirmişdir ki, tərtərli uşaqların tarix fənninə bu cür maraq göstərməsi təsadüfi deyil. Uzun illər ərzində Azərbaycan tarixi saxtalaşdırılmışdır və indi biz bunun acı nə-ticələrini görürük. Odur ki, böyüyən nəsil çox savadlı olmalı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etməlidir.
    “Qəhrəman tərtərlilər sizin kimi istedadlı uşaqlarla fəxr edirlər”,– deyə icra başçısı söyləmişdir.
    Müstəqim Məmmədov həmçinin Uıu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında 14-cü beynəlxalq boks turnirindən qələbə ilə qayıtmış tərtərli yeniyetmələri və onların məşqçi müəllimi Faiq Məmmədovu qəbul etmişdir.
    11 ölkə boksçularının iştirakı ilə keçirilən yarışda rayonumuzu üç id-mançı təmsil edib. Onlardan ikisi medal qa-zanıb. 52 kq çəki dərəcəsində çıxış edən Elşən Cəbizadə birinci, 50 kq çəki dərəcəsində isə Məhərrəm Məhərrəmzadə ikinci yerə layiq görülüblər. İdmançılara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
    Bu gün ölkəmizdə uşaqlara münasibətdə əsas devizimiz belədir: “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:09

    Teqlər:

İsmarıclar bağlıdır.