Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn

    ONUN ƏKİNİNƏ QİQQƏT ARTIRILIR

    Pambiq qozasi_0Sovetlər dönəmində pambıqçılıq sahəsində Tərtər rayonunun adı həmişə qabaqcıllar sırasında çəkilərdi. Elə o zamanlar–1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin Tərtərə səfərləri, əmək adamları ilə görüşləri insanların daim ruh yüksəkliyinə səbəb olardı.
    Müstəqilliyimizin ilk illərində bu sahə bir qədər unudulmuşdu. Hazırda pambıqçılığın inkişafına diqqət və qayğı xeyli artıb.
    Rayon statistika idarəsinin məlumatına əsasən, ötən il rayonumuzun ailə-kəndli və ev təsərrüfatları üzrə 550 hektar sahədə pambıq əkilmişdi. Həmin sahələrdən qəbul məntəqəsinə 893 ton məhsul təhvil verildi. Bu, hər hektardan 16,2 sentner məhsul deməkdi. Pambıqçılığı inkişaf etdirmək və bu sahədə çalışan insanların işə marağını artırmaq məqsədilə ölkə Prezidenti İlham Əliyev pambıq becərənlərə mineral gübrələrin, mühərrik yağlarının güzəştli şərtlərlə verilməsini, onların hektara 50 manat hesabı ilə subsidiyalarla təmin olunmasını nəzərdə tutan sərəncam imzalayıb.
    Elə buna görə də pambıq əkini sahələri ötən illə müqayisədə xeyli artıb. Belə ki, Bəyimsarovda 106 h, Qaynaqda 84 h, Əksiparada 65 h, Yuxarı Qapanlıda 57 h, Ələsgərlidə 56 h, rayon üzrə isə 1035,5 h sahəyə məhsuldar çiyid səpiımişdir. Rayonumuzda çalışan əmək adamlarının pambıq əkib, becərmək sahəsində çoxillik təcrübələri var. Buna görə də səpindən əvvəl hər bir təsərrüfatda torpaq dərin şumlanmış, arata qoyulmuş, səpin üçün tam yararlı vəziyyətə gətirilmişdir.
    Insanların məqsədi pambıqçılığı inkişaf etdirməklə, rayonumuzun əvvəlki şöhrətini qaytarmaqdır.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 14:20

    Teqlər:

İsmarıclar bağlıdır.