Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn

    DSC_0007 (Копировать)Heydər Əliyev Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
    Sonra rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Respublika Günü münasibəti ilə məruzə etmişdir. O bildirmişdir ki, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 May Günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün kimi tarixdə yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
    Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən öz istiqlalına qovuşsa da, həmin vaxt hakimiy-yətin savadsız və qətiyyətsiz adam-ların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu.
    Yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından sonra həmin mənzərə dəyişdi. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və idarəçilik məharəti müstəqil dövlətimizi ağır bəlalardan xilas etdi, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaratdı, davamlı inkişafa yol açdı.
    Tədbirdə rayon tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Maral İbrahimova, Dəmirçilər kənd tam orta məktəbinin tarix müəllimi Elxan Məmmədzadə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” ümumrespublika müsabiqəsinin qalibi Banu Cəfərli çıxış etmişlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:43

    Teqlər:

İsmarıclar bağlıdır.