Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn

    DSC_6746 (Копировать)Sehfe 1Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəti-cəsində dağılmış evlərə baş çəkiblər.
    Baş nazirin müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi Mey-danında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
    Sonra Mərkəzi meydanda aprelin əvvəllərində cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüş keçirilib.
    Hərbi qulluqçuları 28 May – Respublika Günü münasibətilə təbrik edən Əli Əhmədov bildirib ki, apreldə cəbhədə baş verən hadisələr qəhrəman döyüşçülərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa edilməsi naminə hər cür qəhrəmanlıq göstərməyə hazır olduğunu nümayiş etdirdi. Əsgərlərimizin qəhrəmanlığı, şücaəti, erməni təxribatına verdiyi layiqli cavab, eyni zamanda, Tərtər əhalisinin göstərdiyi dəyanət Azərbaycanı uzun illərdən bəri gözlədiyimiz qələbəyə yaxınlaşdırır. Azərbaycan xalqı öz hərbi qüvvələri ilə fəxr edə bilər. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqları azad edəcək.
    Əli Əhmədov xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim edib. Hərbi qulluqçularla birlikdə xatirə şəkli çək-dirilib. Sonra Mərkəzi meydanda quraşdırılmış monitorda Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin birgə layihəsi olan “Qəhrəman Tərtərim” musiqili kompozisiyası təqdim olunub.
    Baş nazirin müavini və Milli Məclisin deputatları Ermənistan hərbi birləşmələrinin artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və Qapanlı kəndində dağılan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüblər.
    Sakinlərlə söhbət zamanı Əli Əhmədov bildirib ki, cəbhədə son döyüşlər gedərkən tərtərlilər böyük qəhrəmanlıq göstəriblər. Onların bu qəhrəmanlığı, dəyanəti əsgərlərimizi daha da ruhlandırır.
    Baş nazirin müavini erməni artilleriyasının zərbələri nəticəsində zərər çəkmiş bütün evlərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb.
    Nümayəndə heyəti daha sonra ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:50

    Teqlər:

İsmarıclar bağlıdır.