Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn

    77_1440680700скачанные файлыHamımız bilirik ki, havadan sonra insan həyatı üçün vacib olan əsas element sudur. Qida qəbul etmədən insan bir aydan artıq yaşaya bilər, amma susuz bir neçə gün dözmək mümkün deyil.
    Insan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu bizə məktəb vaxtından öyrədiblər. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişir və 45 faizdən 60 faizə qədər ola bilər.
    Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi hüceyrələr arasındakı boşluqlarda və damarlarda olur. Orqanizmdə gedən bütün proseslər məhz suyun vasitəsilə tənzimlənir. Bu səbəbdən də deyirlər ki, su insan üçün həyat deməkdir.
    Gəlin bəzi faktlara müraciət edək. Son 100 ildə əhalinin sayı 3, içməli sudan istifadə 6 dəfə artdığı üçün alimlər çıxış yolu axtarmaqdadırlar. Silahlı münaqişələr, müharibələr təhlükəsi bəşəriyyətin başını onsuz da qatdığı bir vaxtda indi də dünyanın içməli su qıtlığı ilə üz-üzə qaldığını deyirlər. NASA-nın elmi heyəti kosmik müşahidələr əsasında belə nəticəyə gəlib ki, ildən-ilə şiddətlənən quraqlıq nəinki yerüstü, hətta yeraltı içməli su ehtiyatlarının da tükənməsinə səbəb olmaqdadır.
    Hazırda dünyanın 80 ölkəsində əhalinin 40 faizindən çoxu şirin su çatışmazlığından əziyyət çəkir. Belə ölkələrin arasında Çin, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Liviya da vardır.
    Azərbaycanda əhalinin içməli su ilə təminatı dövlətin daimi diqqət mərkəzindədir. Bu sahədə problemlərin aradan qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Müasir dövrdə onun müəyyən etdiyi yolu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. “Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin… Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır” fikrini söyləyən ölkə rəhbəri bunu əməli işi ilə də təsdiq edir.
    2015-ci ilin iyun ayından Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin ic-rasına başlanılmışdır. Layihə üzrə 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Tərtər şəhərində 40 min 587 metr magistral kanalizasiya xətti, 4648 metr artezianlararası və təzyiqsiz magistral su xətti, 36 min 609 metr şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətti çəkilmişdir. Içməli su birləşmələri verilən 1666 abonentdən 1222-sinin həyətyanı sahəsində sayğac qoyulması üçün quyular tikilmiş, 795 ədəd sayğac quraşdırılmışdır. Kanalizasiya xətlərində 1016 ədəd dəmir-beton baxış quyuları, 1480 ev birləşmələri quraşdırıl-mışdır. Tutumu 5000 kubmetr olan 2 su anbarının tikilməsi nəzərdə tutulmuşdur.
    Layihənin başa çatması ilə Tərtər şəhərinin və ətraf 11 kəndin əhalisi sutka ərzində fasiləsiz olaraq keyfiyyətli içməli su ilə təmin olunacaq.
    Şəraitimiz yaxşılaşdıqca, istifadə etdiyimiz nemətlərə münasibətimizi də yaxşıya doğru dəyişmək zamanı yetişir. İsrafçılıq İslam dinində qətiyyətlə pislənir. Ancaq təəssüf ki, biz hələ də ən qiymətli nemətlərdən qənaətlə istifadə etməyə alışmamışıq.
    Gəlin 10-15 il əvvəli xatırlayaq. O zaman elektrik enerjisindən necə gəldi istifadə edirdik, səhərə kimi lazım oldu-olmadı bütün otaqlarda işıq, elektrik sobaları yandırırdıq. Bütün evlərdə sayğaclar quraşdırılandan sonra yavaş-yavaş qənaət nə olduğunu öyrəndik.
    Indi də suya olan münasibətimiz belədir. Əksər həyətlərdə, küçələrdə su kranları bütün gün ərzində bağlanmır, su lazımsız yerə axıdılır. Suyun həyat olduğunu biliriksə, bəs onda yer üzündə tükənməkdə olan bu əvəzsiz nemətə münasibətimizi niyə dəyişmirik?

    Svetlana Bilalqızı

    Müəllif: Redaktor, 10:40

    Teqlər:

İsmarıclar bağlıdır.