Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn

    SAKİNLƏR BU İŞDƏN RAZIDIRLAR

    Изображение 232Изображение 206Həmsöhbətim Ağdərə rayonunun Kərəmli kənd sakini, 1991-ci ildən ailəlikcə məcburi köçkün düşən Qarayeva Rəbiyyə Abbas qızıdır. Rəbiyyə bacının danışdığını həyəcansız dinləmək olmur. Deyir ki, bizim kəndimiz başıqarlı Murov dağının ətəyində yerləşirdi. Uşaqlıqdan valideynlərimiz burada yaşayıblar. Sonra elə mən özüm də ailə həyatı qurdum. Gözəl güzəranımız, hər cür şəraiti olan ev-eşiyimiz vardı. Sanki, qəflətən bu gözəllikdən əsər-əlamət qalmadı. 1991-ci ilin sentyabrında mənfur ermənilər kəndimizi iriçaplı silahlardan, “Alazan” tipli raketlərdən atəşə tutdular. Hətta evlərə od vurub yandırdılar. Neçə-neçə insan evinin içində yanıb kül oldu. Belə vəhşilik heç zaman görünməyib. Həmin vaxt kəndə vertolyot endi. Uşaqları, qocaları vertolyotla Tərtərə yola saldıq. Qalan kənd sakinləri isə Murov yolu ilə Tərtərə gəldilər. Tərtərin Hüləbətli kəndində köhnə tanışlarımız vardı. Bir müddət orada yaşadıq. Sonra böyük qızım Fəxrəndə indiki Fikrət Əmirov küçəsində 9 nömrəli həyəti aldı. Orada iki otaq və geniş seyvandan ibarət ev tikdirdi. Onun 3 uşağı var. Iki oğlu və 1 qızı. Oğlanlarının hər ikisi ali təhsillidir.
    Aprel ayının əvvəllərində mənfur ermənilər Tərtərin, Ağdamın yaşayış məntəqələrini atəşə tutanda həmin mərmilərin bir neçəsi bizim evin lap qarşısına düşdü.
    Bizim evlə bərabər yanaşı olan qonşuların–Ağdamdan məcburi köçkün Rasim müəllimin, digər qonşu Elmira xanımın evlərini yararsız hala saldı. Mərmi düşəndən sonra möhtərəm Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Tərtərə gəlib dağılan evlərə baş çəkdilər, sakinlərlə söhbət etdilər. Bu evlərin yenidən tikilib, bərpa edilməsi barədə göstəriş verildi. Rəbiyyə xanım dağılmış evlərdə bərpa və yenidənqurma işlərinin başladığını razılıqla qeyd etdi. Dedi ki, 3 qonşu evdə 15 nəfərdən çox usta və fəhlə işləyir. Sonra o, söhbətinə davam etdi:
    –Ev-eşiyimizi Kərəmlidə tərgidib buraya pənah gətirdik. Top mərmiləri evləri dağıdanda çox məyus olduq. Amma ölkə Prezidentinin insanlara baş çəkməsi, yoxlaması sanki bizlərə yenidən qol-qanad verdi. İlham Əliyevin atası rəhmətlik Heydər Əliyev də bax belə–insanları sevən, onların qayğıları, problemləri ilə daim maraqlanan bir insan idi. Elə ona görə nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var, Ulu Öndər insanların qəlbində həmişə yaşayacaqdır. Prezidentimiz İlham Əliyev isə atasının yolunu uğurla davam etdirir.
    Rəbiyyə xanımın söhbətini qələmə aldı

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 11:07

    Teqlər:

İsmarıclar bağlıdır.