Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    DSC_9478Изображение 14018 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”-nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları Günü təsis edilib.
    Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
    2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib.
    Ötən illərdə Ombudsman Aparatı insan hüquqları üzrə silsilə tədbirlər həyata keçirib. Aprel hadisələri zamanı Ombudsman Elmira Süleymanova rayonumuzda olmuş, ermənilərin iriçaplı silahlardan açdıqları atəş nəticəsində dağılmış evlərin sakinləri ilə görüşmüşdür. Hazırda Ombudsman Aparatında bu insanların hüquqlarının pozulması ilə əlaqədar beynəlxalq səviyyədə tədbirlər görülür.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 16:29

    Teqlər:

İsmarıclar bağlıdır.