Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    DSC_8708 (Копировать)Изображение 025Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Belə bir vəziyyətdə hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş Günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.
    Sonra rayon prokuroru Azər Hətəmov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər şəhər 5 saylı tam orta məktəbinin tarix müəllimi Nigar Vəliyeva çıxış ediblər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd edib, onun hakimiyyətə gəlişilə ölkədə hərcmərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildiriblər.
    Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş gənclərə vəsiqələr təqdim edilib.
    Sonra tədbir “Heydər park”ında rayon mədəniyyət evinin “Tərtər” xalq çalğı alətləri ansamblının konsert proqramı ilə davam edirilib

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:01

    Teqlər:

İsmarıclar bağlıdır.