Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    Изображение 116DSC_9771 (Копировать)Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adı verilmişdir.
    Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimini Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov açmışdır. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açmışdır. Qeyd etmişdir ki, Mehrac Mahmudov 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
    Rayon rəhbəri Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır.
    Tədbirdə iştirak edən Mehrac Mahmodovun döyüş yoldaşları–Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov, Tərtər Batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ müharibəsi əlili Pənah Məmmədov, “Azərbaycan Bayrağı” ordenli, Vətən Müharibəsi Veteranları İctimai Birliyi rayon şöbəsinin sədri Nizami Heydərov, N. saylı hərbi hissənin zabiti, Mehrac Mahmudovun bacısı oğlu Elnur Fərzəliyev çıxış edərək ölkəmizdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışmışlar.
    Mehrac Mahmudovun oğlu Ziya Mahmudov, bacısı Validə Mahmudova şəhidin xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
    Sonra mərasim iştirakçılarının alqış sədaları altında rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Mehrac Mahmudovun oğlu və bacısı şəhidin adını daşıyacaq küçəyə vurulmuş barelyefin üzərindən ağ örtüyü götürmüşlər.
    Tədbirdə Respublika Baş Prokurorunun böyük köməkçisi Mübariz Əhmədov, baş prokurorluğun məsul əməkdaşları Nəsimi Səfərov və Taleh Zeynalov da iştirak etmişdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:12

    Teqlər:

İsmarıclar bağlıdır.