Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    DSC_9458DSC_9456Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən Tərtər rayonunda ictimai dinləmə keçirilmişdir.
    İlk olaraq Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə tər çiçəklər qoymuşlar.
    Tərtər şəhər Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, qaçqın və məcburi köçkünlərin, KİV-lərin nümayəndələri, habelə çoxsaylı əhali qrupları, ağsaqqallar, qadınlar və gənclər iştirak etmişlər.
    Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun açılış nitqi ilə başlanmışdır. O, Ombudsman Elmira Süleymanovanı salamlamış, Ombudsmanın yerli sakinlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarını, vəziyyətlərini daim diqqətdə saxladığını, tez-tez buraya, təmas xəttinə səfərlər etdiyini, əhali, əsgər və zabitlərlə görüşdüyünü yüksək dəyərləndirmiş, növbəti ictimai dinləmənin bu rayonda keçirilməsinə görə təşəkkürünü bildirmiş, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində burada həyata keçirilən tədbirlər haqqında danışmışdır.
    Qeyd etmişdir ki, rayonumuzun sakinləri hələ də 2016-cı ilin may ayının 1-i sevincini yaşayırlar. Çünki tarixə çevrilmiş həmin gün xalqımızın böyük oğlu, Heydər Əliyevin davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza üçüncü səfəri idi. Bu tarixi səfər rayon əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır.
    MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edən İnsan Hüquqları üzrə Müvəkkil bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın istəyi və tələbi ilə hakimiyyətə qayıdışı, Ulu Öndərin parlaq zəkası bütün sədləri yararaq ölkəmizi olduqca mürəkkəb zamanın burulğanlarından qurtarmış, bütün dünyada layiqli mövqe qazandırmışdır. Milli qurtuluşumuzun müəllifi, müstəqil Azərbaycanın memarı Heydər Əliye-vin ölkəmizin inkişafı və daha da çiçəklənməsinə yönəlmiş məqsədyönlü siyasətini, eyni zamanda onun ordu quruculuğu sahəsində ölçüyəgəlməz fəaliyyətini layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Onun mühüm xidmətləri, səyləri nəticəsində Azərbaycan demokratik inkişafa, insan hüquqlarının təmininə yönəlmiş dövlət quruculuğu yolu ilə inamla irəliləyərək, regionda həm iqtisadi, həm də siyasi cəhətdən lider dövlətə çevrilmişdir.
    Müvəkkil bu dəstək və qayğı nəticəsində Tərtərin daha çox inkişaf etdiyini, rayonda aparılan geniş və əsaslı quruculuq işlərinin şahidi olduğunu vurğulamış, yeni və davamlı inkişaf mərhələsində bu rayonda da əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin maraqlarına xidmət edən irimiqyaslı işlərin geniş vüsət aldığını, regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyini diqqətə çatdırmışdır.
    Sonra insan hüquqları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm sənəd haqqında danışan Ombudsman dövlət müstəqilliyinin ilk illərindən iqtisadi və sosial sahələrlə yanaşı Azərbaycanda həyata keçirilən hüquqi islahatlar haqqında geniş məlumat vermişdir.
    Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin və səyyar qruplarının uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirmişdir.
    Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına gön-dəriləcəyini bildirmişdir.
    İnteraktiv və fəal şəraitdə keçən müzakirələrdə rayon məhkəməsinin hakimi Nadir Əsgərov, rayon prokuroru Azər Hətəmov, Seydimli Bələdiyyəsinin sədri Mədinə İmanova, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Səhlabad kənd tam orta məktəbinin direktoru Validə Mahmu-dova çıxış edərək, bu tədbiri yüksək dəyərləndirmişlər.
    Tədbirin sonunda iştirakçılara MFP-nin hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, ictimai iştirakçılıq haqqında qanunvericilik toplusu, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur.
    Sonra Müvəkkil ona müraciət edən şəxsləri də fərdi şəkildə qəbul etmiş, qaldırılan məsələlər üzrə yerində araşdırma aparılaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
    Ombudsman rayona səfəri zamanı Müdafiə Nazirliyinin təmas xəttində yerləşən N. saylı hərbi hissəsində olmuş, zabit və əsgərlər qarşısında çıxış etmişdir. O, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun, o cümlədən Tərtər rayonu ərazisində xidmət edən hərbçilərin şücaətini xüsusi vurğulamış, onlara yeni qələbələr arzulamışdır. Sonra Elmira Süleymanova rayonun təmas xəttində yerləşən Qapanlı kəndində olmuş, sakinlərlə görüşmüşdür.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:19

    Teqlər:

İsmarıclar bağlıdır.