Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05İyl

    Изображение 006Ölkəmizdə sahibkarlığın inkişafına yaradılan geniş imkanlar bu gün bizdən öz işimizə yenidən baxmağı, dünyadakı müasir təcrübəni öyrənib mənimsəməyi tələb edir.
    Ailəmizin üzvləri həm heyvandarlıq, həm də əkinçiliklə məşğul olurlar. Müasir tələblərə cavab verən heyvandarlıq kompleksimiz var. Burada 100 baş iribuynuzlu mal-qara saxlanılır. Təsərrüfatımızda süni mayalanma üsulundan geniş istifadə edilir. Bu üsulla alınan balalar çox məhsuldar olmaqla yanaşı sürətlə inkişaf edir.
    Heyvandarlığın yem bazasını da öz gücümüzlə yaratmağa çalışırıq. Belə ki, 15 hektar sahədə taxıl, yonca və arpa əkir, müasir becərmə texnologiyalarından istifadə etməklə yüksək məhsul götürürük. Bununla yanaşı, təsərrüfatımızda yemüyüdən aqreqat quraşdırmışıq. Biçilən məhsul burada üyüdüldükdən sonra mallara verilir ki, bu da həm onun keyfiyyətini yüksəldir, həm də itkilərin qarşısını alır. Eyni zamanda qonşu təsərrüfatların sahibkarları da xidmətimizdən yararlana bilirlər.
    Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm. Ötən illərə nisbətən indi un dəyirmanlarının sayı xeyli çoxalıb. Ancaq etiraf edək ki, müasir dəyirmanlarda üyüdülən tamamilə kəpəksiz və müxtəlif əlavələr qatılmış undan bişirilən çörək səhhətimiz üçün o qədər də faydalı deyil.
    Bizim dədə-baba qaydası ilə tikilən un dəyirmanımız var. Əvvəllər burada insanlar daim növbəyə dayanar, yerli buğdadan üyüdülmüş unu götürüb razılıqla gedərdilər. Bu məhsulun rəngi tamamilə ağ olmasa da, onun çörəyi həm dadlı, ətirli, həm də çox xeyirli olurdu. Nədənsə indi yerli dəyirmanları gözdən salıblar. Taxıl əkənlər özlərinin əldə etdikləri məhsuldan ailənin qış azuqəsini hazırlamaq əvəzinə, gedib baha qiymətə mağazalardan əla növ un almağa üstünlük verirlər.
    Ailə üzvlərimizin məşğul olduğu digər işlərdən biri də dekorativ ağacların əkilib becərilməsidir. Əkdiyimiz ağaclar şəhərimizin küçə və xiyabanlarına yaraşıq verir.
    Bir neçə il əvvəl isə şəhərimizdə müasir tələblərə cavab verən mağazalar açmağı qərara aldıq və buna nail olduq. Hazırda əhaliyə ticarət xidməti də göstəririk.
    Ölkə başçısının sahibkarların əməyini yüksək qiymətləndirməsi, rayon rəhbərliyinin başladığımız hər bir işə dəstək verməsi işimizi daha yaxşı qurmağa kömək edir. Çalışırıq ki, Prezident İlham Əliyevin dediyi kimi, toxumdan tutmuş hazır məhsuladək Azərbaycanda istehsal olunsun.

    Əhməd Səfərov,
    sahibkar

    Müəllif: Redaktor, 09:38

    Teqlər:

İsmarıclar bağlıdır.