Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05İyl

    Zerdabi11875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin çapdan çıxması bütün Qafqazda əks-səda doğurmuşdur. 1875-1877-cı illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük rol oynamışdır.
    Müasir Azərbaycan mətbuatının formalaşmasında Azərbaycan dövlətinin qurucusu və me-marı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rolu misilsizdir. Müdrik siyasətçi Heydər Əliyev həm Sovet dövründə, həm də müstəqillik illərində mətbuat işçilərinin əməyini yüksək qiymətləndirmiş, daim onlara qayğı və diqqət göstərmişdir. Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə ikinci dəfə qayıdışından sonra bu xətt daha yüksək səviyyədə davam etdirildi. Gənc Azərbaycan Respublikası üçün medianın formalaşdırılması xü-susilə vacib idi. Bu, Azərbaycanın dünyada tanıdılmasına xidmət edə biləcək çox mühüm bir sahə idi. Bütün bunlar nəzərə alınaraq Ümummilli Lider tərəfindən silsilə tədbirlər həyata keçirildi.
    Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatına verdiyi töhfələr bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
    Dövlət başçısının diqqət və qayğısından region mətbuatına, o cümlədən “Yeni Tərtər” qəzetinə də pay düşür. Ötən il qəzetin redaktoru Tofiq Yusif Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Qəzetin redaktor müavini Svet-lana Bağırova dəfələrlə KİVDF-nin və Azərbaycan Mətbuat Şurasının diplomlarına və pul mükafatlarına layiq görülüb. Qızıl qələm “mükafatı alıb.
    Rayon rəhbərliyi də qəzetin fəaliyyətini daim diqqət mərkəzində saxlayır.
    Beləliklə, Azərbaycan mətbuatı “Əkinçi”dən elektron mediaya qədər zəngin və kəşməkeşli bir yol keçib. Lakin onun məramı və məqsədi dəyişməz olaraq qalıb: bu, xalqa xidmətdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:09

    Teqlər:

İsmarıclar bağlıdır.