Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyl

    Изображение 151Esger yola salmaBu günlərdə rayonumuzda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər Parkında təntənəli mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev Mərkəzinin önündə davam etmişdir.
    Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, yerli qurumların rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
    Sonra Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və Hüquq Mühafizə Veteranları təşkilatının sədri İman Almuradov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhid atası Bəhruz İsgəndərov, əsgər atası Azər Quliyev, çağırışçı gənc Elvin Məhərli, əsgər anası Mərziyyə Quliyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər.
    Valideynlər övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildirmişlər.
    Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri salamlayaraq, onların valideynlərinə gözaydınlığı vermişdir. Rayon rəhbəri aprel ayında ermənilərin törətdiyi silahlı təxribatdan, torpaq-larımızın müdafiəsi uğrunda həlak olan şəhidlərdən, ordu və xalq birliyindən danışmışdır. O, ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişdir. Müstəqim Məmmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə etmişdir.
    Sonra çağırışçı gənclər müqəddəs Qurani-Kərimin altından keçərək, Azərbaycan bayrağını öpərək, musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.

    Müəllif: Redaktor, 11:53

    Teqlər:

İsmarıclar bağlıdır.