Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyl

    DSC_7391Azərbaycan Milli Mətbuatının 141 yaşı tamam olur. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı. Amma milli dilin, milli ənənənin yaşaması naminə hər çətinliyə dözdü.
    Bu gün mətbuatımız yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın təməli isə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Medianın cəmiyyətdəki rolunu çox yüksək qiymətləndirən Ümummilli Lider demişdir: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir… O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
    Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyasının” təsdiq edilməsi, 3 aprel 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar olmuşdur.
    Bu qayğı və diqqətin nəticəsidir ki, ölkə başçısı “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
    Əlbəttə ki, əlamətdar günlər bu peşənin sahibləri üçün həm də bir növ hesabatdır: biz nələri etmişik və daha nələri etməliyik? Region mətbuatı olaraq biz də arxaya dönüb gördüyümüz işlərə nəzər salır və düşünürük ki, cəbhə bölgəsində yaşayan və işləyən jurnalistlər kimi az iş görməmişik. Gələcəkdə görəcəyimiz işlərin ən əsasını isə torpaqlarımızın işğaldan azad olunması münasibətilə qəzetimizin Qələbə nömrəsinin hazırlanmasını hesab edirik.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 16:20

    Teqlər:

İsmarıclar bağlıdır.