Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18İyl

    Изображение 059Изображение 071Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısında Tərtər rayonunda sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclas keçirilib. Iclasda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı giriş nitqində göstərib ki, aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısı ordumuz tərəfindən igidliklə alınmış, əks hücum əməliyyatları nəticəsində 2000 hektar ərazi, eləcə də strateji əhəmiyyətli bir neçə yüksəklik düşməndən azad edilmişdir. Rayon rəhbəri qeyd edib ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Prezidentin öz xanımı ilə birgə rayonumuza səfəri, rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşləri, şəhərin özündə və Qapanlı kəndində ermənilərin artilleriya hücumları nəticəsində dağılmış evlərə baş çəkmələri tərtərlilərin əhval-ruhiyyəsini yüksəltmiş, ölkə rəhbərinə inamını daha da artırmışdır.
    Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün prezidentin ehtiyat fondundan 3 milyon manat pul ayırmışdır.
    Hazırda zərərçəkmiş yaşayış evlərinin təmir-bərpa işləri davam etdirilir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Qapanlı kəndində sakinlərin həyət evlərində təmizləmə və zərərsizləşdirmə işlərinə də başlanılmışdır. 2016-cı ilin tarixdə dərin islahatlar dövrü kimi qalacağını bildirən məruzəçi qeyd etmişdir ki, bu ilin birinci yarısı rayonumuz üçün də uğurlu olmuşdur. Bu müddətdə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 5,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 19,5 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 4,4 faiz, sərnişin daşımalarının həcmi 5,2 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 3,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,7 faiz, iaşə xidmətlərinin həcmi 4,3 faiz artmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 1,2 faiz artaraq 232,8 manat təşkil etmişdir.
    2016-cı ilin 6 ayı ərzində rayon büdcəsinin gəlirlərinin 7 milyon 575,4 min manata qarşı 8 milyon 212,4 min manat və ya 108,4 faiz olduğu göstərilmişdir.
    Cari ilin 6 ayı ərzində rayonda 1359 yeni iş yeri açılmışdır ki, bunların da 74,1 faizi daimi iş yerləridir.
    Aqrar sahədə həyata keçirilən islahatlar bəhrəsini verməkdədir. Belə ki, hesabat dövründə rayon üzrə keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatında ümumi məhsul buraxılışının həcmi 7,5 faiz artmışdır. Cari ildə rayonda pambıqçılığın və baramaçılığın inkişafına münbit şərait yaradılmışdır. 1035 hektar sahədə pambıq əkilmişdir ki, bu da ötən ildəkindən 2 dəfə çoxdur. Rayonun kümçüləri tərəfindən 959 kiloqram barama təhvil verilmişdir.
    Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 3 özəl toxumçuluq təsərrüfatı yaradılmış və hal-hazırda onlar toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Elit toxumların bölgüsü zamanı 1 toxumçuluq təsərrüfatına güzəştli şərtlərlə 0,2 ton qarğıdalı toxumu ayrılmışdır.
    Diqqətə çatdırılmışdır ki, hesabat dövründə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda tikinti-quruculuq və abadlıq işləri sürətlə davam etdirilmişdir. Bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 6 milyon 427,6 min manat olmuşdur.
    2016-cı ilin birinci yarısı rayonumuzun tarixində həmçinin infrastrukturun yaxşılaşdırılması sahəsində görülən mühüm işlərlə qalacaqdır. Bura içməli su, elektrik enerjisi ilə, təbii qazla təminat daxildir.
    Rabitə və poçt, kommunal xidmətləri, təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üzrə qazanılmış uğurlar razılıq hissi ilə qeyd olunmuşdur.
    Məruzə ətrafında rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov və Qaraağacı İƏD üzrə nümayəndə Lətif Həmidov çıxış etmişlər.
    Yığıncaq müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul etmiş-dir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 16:28

    Teqlər:

İsmarıclar bağlıdır.