Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    01Redaksiyamizin qonağı sabirabadlı Rüstəm Məmmədovdur. Sabirabadlı olsa da, şəhərimizdə Rüstəm müəllimi bəzi yerli sakinlərdən daha yaxşı taniyırlar. Adını hörmətlə çəkirlər. “Nəyə görə?” sualının cavabını isə onunla söhbətimiz zamanı aydınlaşdırdıq. Öyrəndik ki, Rüstəm Məmmədov 1963-cü ildə Sabirabad rayonunda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. İlk iş yeri Muğan su Tikinti Trestində iş icraçısı olub. Hazırda Tərtər rayonunda su və kanalizasiya sistemlərinin yenidən qurulmasını həyata keçirən şirkətdə sahə rəisi vəzifəsində çalışır.
    Bu layihənin icrasına 2015-ci ilin iyun ayında başlanıb və cari ilin dekabrında işlər yekunlaşmalıdir.

    – Rüstəm müəllim, bir ildən çoxdur ki, rayonumuzdasınız. Tərtər və tərtərlilər haqqında fikrinizi bil-mək maraqlı olardı.
    – Bu rayona gələnədək respublikamızın müxtəlif regionlarında yeni su və kanalizasiya sistemlərinin çəkilişində çalışmışam. Azərbaycanın bütün bölgələri gözəldir, insanlar hər yerdə qonaqpərvərdilər. Amma, mən bunu səmimi deyirəm, Tərtərdəki kimi isti münasibəti heç yerdə görməmişik. Bu, birinci növbədə rayon rəhbərinə aiddir. İlk günlərdən rəhbərlik bu layihənin müvəffəqiyyətlə icra olunmasından ötrü bizə bütün lazımi şəraiti yaratdı. Bu gün də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun diqqətini hiss edir və onun köməyinə arxalanırıq.
    Rayon əhalisi də hər bir küçədə bizi böyük mehribançılıqla qarşılayır. İşimizlə bağlı yaranan müvəqqəti çətinliyi, gediş-gəlişin məhdudlaşmasını lazımi qaydada qəbul edir, isti yay günlərində işçilərimizin su, çay sarıdan korluq çəkməsinə yol vermirlər. Həmçinin biz tərtərlilərlə birlikdə aprel hadisələrini yaşadıq, erməni təxribatının və milli ordumuzun bu təxribata verdiyi cavabın şahidi olduq. Gördük ki, hətta belə çətin məqamlarda belə rayonda tikintiquruculuq işləri dayanmadı. Birlikdə yaşadığımız o çətin anlar bizi daha da doğmalaşdırdı.
    – Rüstəm müəllim, işçiləriniz arasında tərtərlilər varmi?
    – Tərtərdə su və kanalizasiya layihəsini həyata keçirən kollektivimizin 114 nəfər üzvü var. Bunlardan 94 nəfəri fəhlə, qalanı isə texniki işçilərdir. Fəhlələrin əksəriyyəti yerlilərdir. Mütəxəssislərin yarısı isə digər rayonlardan gəlmədir. Yerli mütəxəssislərdən Cəmilin, Arifin, Elmanın, Ramizin, Cəlilin, Ərəstunun işindən çox razıyıq. Gələcəkdə Tərtərdəki işlərimizi yekunlaşdırandan sonra mən onlarla digər layihələrdə də işləmək fikrindəyəm.
    İşimizin düzgün qurulması, maddi təminatımız Şakir Paşayevin işi ilə bağlıdır. Yeri gəlmişkən, ona da öz minnətdarlığımızı bildirmək istəyirəm.
    – Tərtərdəki işinizin özəlliyi nədən ibarətdir?
    – Tərtərin təbii relyefi torpağının xüsusiyyətləri, burada təbii tikinti materiallarının çoxluğu işimizə olduqca müsbət təsir göstərir. Məhz buna görə də Tərtər yeganə rayondur ki, işlərimizi hətta nəzərdə tutulandan da tez başa çatdıracağıq. Onu da qeyd edim ki, su və kanalizasiya xəttləri paralel çəkilir, yubanmaya yol verilmir. Texniki şərtlərin hamısına dəqiq əməl olunur. Axı, bu 1-2 ilin deyil, uzun illərin layihəsidir. Elə çalışmalıyıq ki, tərtərlilər bizi xoş sözlərlə yad etsinlər.
    – Tərtərdə ən çox sevindiyiniz gün hansı olub?
    Şəhərdə “narlıq” deyilən bir yaşayış massivi var, burada uzun illər içməli su olmamışdır. Həmin həyətlərə içməli su veriləndə, açığını deyim ki, biz özümüz də sakinlərdən az sevinmədik. Həyatda zəhmətinin bəhrəsini görməkdən böyük sevinc ola bilməz.
    – Hazırda işlər hansı mərhələdədir?
    Dairəvi sistemin çəkilişi başa çatanda, hamı içməli su ilə təmin olunacaq. Hələlik isə tutumu 5000 kubmetr olan 2 su anbarının birinin tikintisi başa çatmışdır, ikincisinin isə unşasına başlanmışdır. Həmin su anbarlarının içməli su ilə təmin olunması üçün qazılası 9 ədəd subartezian quyusundan hazırda 5 ədədi işləyir. Eyni zamanda, mexaniki avadanlıqlar otağının, xlorlama binasının və gözətçi otağının tikintisi davam etdirilir. Abonentlərin həyətyanı sahələrinə sayğaclar qoyulur, dəmir – beton baxış quyuları quraşdırılır.
    Arzu edirik ki, bu layihə tərtərlilərə rahatlıq, sağlamlıq gətirsin, həyatlarını daha da firavanlaşdırsın.

    – Çox sağ olun!
    Müsahibəni apardı:
    Svetlana Bağırova

    Müəllif: Redaktor, 15:00

    Teqlər:

İsmarıclar bağlıdır.