Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    0306Tərtər cəbhə bölgəsində yerləşir, mənfur qonşularımız olan ermənilərlə üzbəüz yaşayırıq. Buna baxmayaraq, şəhərimiz günbəgün qurulur, gözəlləşir. Həyat oz axarı ilə davam edir. Bu gözəlliyi hamı görür. Hətta şəhərimizə gələn istər yerli, istərsə də xarici qonaqlar bu gözəllikdən zövq alırlar.
    Quruculuq-abadlıq işləri son illər daha da surərləndirilib. Belə ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzi meydan yenidən qurulmuş, meydanın 8200 kvm sahəsi yeni keyfiyyətli tamet daşı ilə üzlənmişdir. Yagış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətti çəkilmişdir. Heydər Əliyev prospektində və şəhərin digər yaşayış məhəllələrində 4 500 metrdən çox su xətti yenilənmişdir. Şəhərin Nizami küçəsində 100 yerlik körpələr evi-uşaq bagçası, Heydər Əliyev prospektində kənd təsərrüfatı idarəsi üçün inzibati laboratoriya binası, Şahmat məktəbi inşa olunmuşdur. Gənclər Mərkəzinin və təhsil şöbəsinin inzibati binalarının fasad hissələri aqlay daşı ilə üzlənmişdir. Mərkəzi meydanın yaxınlığında bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi uçmərtəbəli inzibati binanın əsaslı təmir işləri başa çatdırılmışdır. Şəhərin E. Səfərov küçəsində Qarabağ müharibəsi, əlillər və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış evi rayon icra hakimiyyətində mənzil növbəsində duran əlillərə və şəhid ailələrinə paylanmışdır.
    Şəhərin Nizami, Vasif Hüseynov, Vuqar Həsənov və Ədalət Paşayev küçələrində komunal yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər (qarajlar, anbarlar, toyuq damları və.s) sökülərək ərazi təmizlənib genişləndirilmiş, həmin sahəyə yüzlərlə maşın torpaq daşınaraq hamarlanmışdır.
    05Təmizlənmiş sahələrdə sərbəst ərazi yaradılmış, sakinlərin istirahəti üçün park salınmış, uşaqlar üçün futbol meydancası düzəldilmişdir.
    Rayon icra hakimiyyəti binasının, rayon mədəniyyət evinin inzibati binaları da əsaslı təmir olunmuş, dam örtüyü dəyişdirilmişdir.
    Ş. Qurbanov və F. Qulami kücələrində bütövlükdə asvaltlama işləri başa çatdırılmış, gecə işıqlandırılması ilə təmin edilmişdir.
    Elman Hüseynov küçəsində ümumi uzunluğu 4 km olan məsafə yeni səki daşları ilə üzlənmişdir.
    Kanalizasiya xətti qaydaya salınmış, kücə genişləndirilmişdir. Şəhərdə 18 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtükləri əsaslı təmir olunmuşdur.
    Bütün bunlar şəhərimizin görkəmini daim dəyişir, gözəlləşdirir.
    Ötən ilin ortalarında rayonumuzda daha bir genişmiqyaslı yeni layihə başlanıb. Layihədə 110 km icməli su xətti və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur.
    Bunlardan başqa şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırılma işlərində çalışmaq üçün 70 yeni iş yeri yaradılmış və 70 nəfər Tərtər sakini daimi işlə təmin olunmuşdur.
    Görülən quruculuq-abadlıq işləri ilə yanaşı rayonda ekoloji tarazlığın qorunması məqsədilə Tərtər, Bərdə, Tərtər-Ağdam və Tərtər-Gəncə istiqamətlərində yol kənarlarında və rayonun yaşayış məntəqələrində mindən çox müxtəlif növ ağac və gül kolları əkilmiş, 5000 kvmetrdən çox yaşıl qazon salınmış, son iki il yarımda rayon ərazisində 30 ədəd subartezian quyusu vurulmuşdur. Bu istiqamətdə işlər mütəmadi şəkildə davam etdirilir.
    Oxucularımızin diqqətinə onu da çatdırırıq ki, bu göstərdiklərimiz son illərdə görülən işlərin hamısı deyil. Çünki onların hamısını bir məqaləyə yerləşdirmək mümkin olmaz.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 15:12

    Teqlər:

İsmarıclar bağlıdır.