Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr

    Rayonumuzdakı “Gənclər Mərkəzi”ndə Tərtər ictimaiyyətinin və “Yeni Tərtər” qəzeti redaksiyası kollektivinin iştirakı ilə hörmətli həmkarımız, qəzetimizin baş redaktoru Tofiq Yusifin 65 illik yubileyi qeyd olundu .
    Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu yubiley tədbirini Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açdı. O bildirdi ki, Tofiq Yusif uzun illər rayon qəzetinə rəhbərlik etməklə yanaşı, həm də çoxsevilən şair və ziyalıdırDSC_1296. Nəinki Tərtərdə, eləcə də respublikamızda onun kitabları maraqla oxunur. Xüsu-sən də müharibə mövzusunda yazılmış əsərlər, o qanlı-qadalı illəri əks etdir-məklə, gələcək nəsillər üçün örnəkdir və gənclərin vətənpərvərlik tərbiyə-sində mühüm rol oynayır. “Yeni Tərtər”in rayonumuzun ictimai-siyasi həyatına müsbət təsirini qeyd edən rayon rəhbəri onun redaktorunu 65 illik yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik etdi, ona və başçılıq etdiyi kollektivə cansağ-lığı və yeni yaradıcılıq uğurları arzuladı.
    Tofiq müəllim ona göstərilən yüksək qayğıya görə rayon icra hakimiyyətinin başçısına və bütün tərtərlilərə öz təşək- kürünü bildirdi. Qeyd etdi ki, bu gün rayonda belə bir yubiley tədbirinin ke-çirilməsinin özü onu göstərir ki, cəbhə bölgəsi olmasına baxmayaraq, Tərtərdə sabitlikdir, əmin-amanlıqdır, insanlar dinc quruculuq işləri ilə məşğul olurlar. Rayonumuz günü-gündən dəyişir və gözəlləşir. Bütün bunlar rayon rəhbərinin çox gərgin və düşünülmüş fəa-liyyətinin, tərtərlilərin birgə zəhmətinin bəhrəsidir.
    Bütün bunlara və eyni zamanda ra-yon qəzetinə, onun hər bir əməkdaşına göstərdiyi səmimi, qayğıkeş münasibətə görə yubilyar icra başçısına bir daha təşəkkür etdi, ona gələcək işlərində mü-vəffəqiyyətlər arzuladı.
    Kollektiv adından yubilyarı qəzetimizin əməkdaşı Elfuzə Vəliyeva təb-rik etdi. O, rayon rəhbərliyi tərəfindən Tofiq Yusifə göstərilən diqqət və qay-ğını qəzetin kollektivinə göstərilən diq-qət və qayğı kimi dəyərləndirdi, buna görə öz minnətdarlığını bildirdi.
    Redaktorumuz haqqında xoş sözlər söyləyən Elfuzə xanım onun gözəl ziya-lı olduğunu göstərməklə yanaşı, həm də insani keyfiyyətlərini, işgüzarlığını, tələbkarlığını diqqətə çatdırdı.
    Tədbirdə icra başçısı Müstəqim Məmmədov yubilyara jurnalist üçün ən qiymətli hədiyyəni-rayon icra hakimiy-yətinin Fəxri Fərmanını təqdim etdi və qızıl qələm bağışladı.
    Sonra Tofiq Yusifi YAP rayon təşkilatının sədri Ramiz Şabanov təbrik etdi. 65 illik yubileyi münasibətilə ona təşki-latın Fəxri Fərmanını verdi.
    Qarağacı kənd İƏD üzrə icra nümayəndəsi Zakir Əliyev redaktorumuzu təbrik edərək ona uzun ömür və səmə-rəli fəaliyyət dilədi
    Tofiq Yusif rayon rəhbəri Müstəqim Məmmədova öz kitablarını bağışladı.
    Kollektivin bütün üzvləri bu təbriklərə qoşulur və deyirik:
    –Sizə cansağlığı arzulayırıq, əziz redaktor. Qələminiz həmişə iti olsun. “Yeni Tərtər” sizinlə öyünsün, Siz də övladınız qədər sevdiyiniz “Yeni Tərtər”lə.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:28

    Teqlər:

İsmarıclar bağlıdır.