Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Avq

    Изображение 007(1)Изображение 013(4)Tərtər şəhər Gənclər Mərkəzində “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarif-ləndirmə” İctimai Birliyi Azərbaycan Respublikası Prezi-denti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Tərtər Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Dövlət sirlərinin qorunması və dezinformasiyaların qarşısının alınması” adlı layihə çərçivəsində tədbir keçirmişdir.
    İctimaiyyət nümayəndələri və gənclərin iştirakı ilə keçirilən tədbirdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Ruslan Quliyev çıxış edərək “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyət, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbisiyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barə
    də danışıblar. Bildirilib ki, cəbhə zonasında yaşayan sakinlər daim dövlətə və orduya dəstək olmalı, xüsusilə sosial şəbəkələrdə diq-qətli olmalı, dövlət sirrini qorumalıdırlar.
    Tədbirdə iştirakçıları maraq-landıran suallar cavablandırılıb.

    Müəllif: Redaktor, 15:03

    Teqlər:

İsmarıclar bağlıdır.