Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Avq

    KƏND TƏSƏRRÜFATI İŞLƏRİNİN GEDİŞİ VƏ AQRAR SEKTORUN İNKİŞAF PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNAN MÜŞAVİRƏ KEÇİRİLİB

    TARTAR-1(2)TARTAR-7(2)Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun üzvləri Tərtər rayonunda olublar.
    İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasi-yasının aqrar siyasət məsə-lələri şöbəsinin müdiri Azər Əmiraslanov, Administrasiyanın məsul işçisi Ağaəli Əhmədov, İqtisadiyyat nazi-rinin müavini Sahib Məmmədov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, “MKT İstehsalat Kommersiya” MMC sədri Bəhruz Camalov əvvəlcə yerlərdə olub, sahibkarlarla görüşüblər. İşçi qrupu Azadqaraqoyunlu, Zolgörən, İrəvanlı kəndlərində və Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stan-siyasında pambıq və çuğundur əkini sahələrinə baxış keçirib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahib-karların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahib-lərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektiv-lərinə həsr olunan müşavirə keçirilib.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-quruculuq işləri, həyata keçirilən sosial layihələr, həmçinin aqrar sahədəki mövcud vəziyyət barədə məlumat verib. Müşavirədə çıxış edən Azər Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlardan, dövlətimizin başçısının tapşırığı ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf perspektivlərindən danışıb. Artıq ölkəmizdə neft sənayesi ilə yanaşı iqtisadiyyatın digər sahələri-nin, o cümlədən aqrar sektorun hərtərəfli inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.
    İşçi qrupunun fəaliyyət istiqamətlərini şərh edən şöbə müdiri bildirib ki, qrup tərəfindən indiyədək 40-dan çox rayona səfərlər təşkil edilərək, kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılıb və bununla bağlı müşavirələr keçirilib.
    Aqrar sektora göstərilən dövlət dəstəyindən bəhs edən işçi qrupun rəhbəri bu sahənin inkişafı üçün uçot və statistika işinin düzgün qurulmasından, kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşmanın aparılmasından, aktiv istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsindən, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivlərindən söz açıb. Bildirilib ki, həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib.
    Qeyd edilib ki, dövlət kənd təsərrüfatını prioritet sahə kimi elan edib. Ölkədə kənd təsərrüfatı sahəsində yeni mərhələ başlayır. Pambıqçılı-ğın, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində böyük işlər görülür. Əvvəllər yalnız taxıl istehsalçılarına subsidiyalar verilirdisə, indi artıq pambıq, tütün istehsalçılarına da subsidiyalar ayrılır. Gələn ildən barama istehsalçılarına da subsidiya ayrılması nəzərdə tutulur.
    Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Rayonda suvarma suyu ilə təminatın yaxşılaşdırılması, korporasiyaların yaradılması, tingçilik təsərrüfatlarının mini texnikalarla təmin edilməsi, respublikanın müxtəlif yerlərində ağac tinglərinin satışının təşkil edilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.

    Müəllif: Redaktor, 15:11

    Teqlər:

İsmarıclar bağlıdır.