Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Avq

    Pambiq qozasi_0Rayon statistika idarəsinin məlumatına əsasən, ötən il rayonumuzun təsərrüfatlarında fermer və ailə fermer təsərrüfatlarının üzvləri 550 hektar sahədə pambıq becərdilər. Tədarük məntəqəsinə 893 ton məhsul təhvil verildi. Hektarın orta məhsuldarlığı 16,2 sentner oldu.
    Ötən ildən fərqli olaraq bu il rayonumuzda 1035 hektar sahədə pambıq becərilir. Bəyimsarov kəndində 106 hektar, Zona Təcrübə Stansiyasında 92 hektar, Qaynaq kəndində 84 hektar, Əksi-parada 65 hektar, Yuxarı Qapanlıda 60 hektar, Ələsgərlidə 56 hektar sahədə pambıq əkilib.
    Mənfur qonşularımız olan ermənilərin yay fəsli Sərsəng və Madagiz dəryaçalarından suyun qabağını kəsməsi təsərrüfatın digər sahələri kimi pambığın suvarılmasında da ciddi çətinliklər yara-dır. Buna görə də bu sahə ilə məşğul olan fermerlər pambıq bitkisinin suvarılmasını əsasən artezianların hesabına həyata keçirirlər. Söz yox ki, bu, öz növbəsində çətinliklər yaradır.
    İndi tarlalarda 3-cü becərmə qurtarmaq üzrədir.
    Fermerlərin məqsədi bu il hektarın məhsuldarlığını 30 sentnerə çatdırmaqdır.

    Müəllif: Redaktor, 15:23

    Teqlər:

İsmarıclar bağlıdır.