Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    02 (1)v3Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edib.
    Dövlət başçısı əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
    Bundan sonra Prezident İlham Əliyev Qəbələdə inşası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olaraq görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
    Prezident “Qəbələ” Park-Bulvar kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, həmçinin “Qafqaz Tufandağ Mountan Resort” hotelinin açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
    Sonra Prezident Nohurqışlaq Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
    * * *
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələyə səfərini başa çatdırdıqdan sonra İsmayıllı rayonuna gəlib. Dövlət başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
    İsmayıllı rayonunda Prezident İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında, 140 yerlik körpələr evi-uşaq bağçasının, Qaraməryəm-İsmayıllı avtomobil yolunun, velosiped istehsalı zavodunun açılışında iştirak edib, İsmayıllı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    Müəllif: Redaktor, 12:32

    Teqlər:

İsmarıclar bağlıdır.