Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    6772f4c4fe57c499947b5db71ed14223Bu günlərdə Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda keçirilən zirvə görüşü bütün dünyanın diqqət mərkəzində olmuşdur. Bu görüş yeni əməkdaşlıq formatının əsasını qoymuşdur. Üç dövlətin prezidentlərinin imzaladıqları birgə Bəyannamədə qeyd olunmuşdur ki, tərəflər bərabər hüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər.
    Bəyannamədə eyni zamanda regiondakı həll olunmamış münaqişələrə də diqqət yetirilmişdir. Bildirilmişdir ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibdir.
    Həmçinin bəyan olunmuşdur ki, tərəflər bərabər hüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əməkdaşlıqlarını intensivləşdirəcəklər.
    Prezident İlham Əliyev zirvə görüşündə çıxışı zamanı bildirib: “Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxaq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan statuskvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
    Zirvə görüşündə Rusiya Prezidenti Vladimir Putin də üçtərəfli əməkdaşlığın perspektivlərindən danışıb: “Azərbaycan və İran Rusiya üçün mehriban qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk. Bizim fikrimizcə, bu cür formata ehtiyac olması aşkardır” .
    İran Prezidenti Həsən Ruhani zirvə görüşündə deyib: “Müxtəlif potensiallardan istifadə, enerji məsələləri, habelə geosiyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqələrin genişlən-dirilməsi baxımından böyük bir fürsətdir. Digər tərəfdən, terrorizm, ekstremizm, ekoloji sahədə müxtəlif problemlərin yaranması, mütəşəkkil cinayətkarlıq və digər problemlərlə mübarizə hər üç ölkənin anlaşmaya nail olmasını tələb edir”.
    Qloballaşan dünyamızda, planetimizdə iqtisadi böhran və terrorizm tüğyan etdiyi bir dövrdə hər üç ölkənin xalqları bu görüşdən tarixi dəyişikliklər gözləyirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:27

    Teqlər:

İsmarıclar bağlıdır.