Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    Изображение 148bmtBirləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelsin, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsakzainin, BMT QAK-ın hüquq şöbəsinin müdir müavini, məcburi köçkünlər üzrə məsul şəxs Oliver Tuholske və BMT QAK-ın sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev didərgin insanların vəziyyəti ilə tanış olmaq, onların problemlərinin həllində əldə olunan davamlı nailiyyətlər, həmçinin, məcburi köçkünləri qəbul etmiş icmaların sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Tərtər rayonuna səfər etmişlər.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə rayon rəhbəri cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklərdən danışmışdır.
    Diqqətə çatdırılmışdır ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonumuzda məs-kunlaşmış məcburi köçkünlərdən Ağdam rayonundan məcburi köçkün, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu və Kəlbəcər rayonundan məcburi köçkün, 2000-ci il təvəllüdlü Həsənova Turanə Kamandar qızı dünyalarını dəyişmişlər. Eyni zamanda Laçın rayonundan məcburi köçkün Əhmədov İsa Əli oğlu ağır yaralanmışdır. Həmçinin Ağdam rayonundan məcburi köçkün, 1963-cü il təvəllüdlü Rəhimov Cəlal Saday oğlu da ağır yaralanmış, gözünün birini itirmiş, ayağının birinin isə kəsilmə ehtimalı qalmaqdadır.. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Müstəqim Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən danışmış, 1-5 aprel müharibəsi zamanı rayona dəymiş ziyanın aradan qaldırılması üçün 3 milyon manat vəsait ayrıldığını bildirmişdir.
    Sonra qonaqlar Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin rayon bölməsində (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Regional Təlim Tədris Mərkəzində görüşlər keçirmiş, məcburi köçkünlərin sıx yaşadıqları Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşmüş, onların problemləri ilə maraqlanmış, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqları ilə tanış olmuşlar.

    Müəllif: Redaktor, 12:11

    Teqlər:

İsmarıclar bağlıdır.