Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    111Bu il ərazimizdə 25 hektar sahədə şəkər çuğunduru əkmişik. Bir fermer kimi onun 20 hektarını mən, qalan 5 hektarını Habil İbrahimovun rəhbərliyi ilə ailə-fermer təsərrüfatının üzvləri becərirlər.
    Hər ikimiz səpindən əvvəl İmişlidəki Şəkər zavodu ilə müqavilə bağlamışıq. Həm üzvi və mineral kübrələrin əldə olunmasında, həm də hazır məhsulun sahədən daşınıb təhvil verilməsində zavod bizə köməklik göstərəcəkdir.
    Tarlalarda becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından bitkilərin inki-şafı normaldır. Cərgəaralarına 3 dəfə kultivasiya çəkilmiş, 4 dəfə suvarılmış, səpin vaxtı hər hektara 150 kiloqram hesabı ilə fosfor gübrəsi, becərmə vaxtı hər hektara 600 kiloqram hesabı ilə yemləmə gübrəsi vermişik.
    Nümunəvi qulluğun nəticəsidir ki, sahələrdə yaxşı məhsul hasilə gəlib. Hektarın məhsuldarlığı nəzərdə tutulandan xeyli çox gözlənilir.
    Sentyabrın ikinci yarısında şəkər çuğundurunun yığımına başlayacağıq. Gərgin zəhmət hesabına hasilə gətirdiyimiz qiymətli ərzaq məhsulunu itkisiz toplayıb zavoda təhvil verəcəyik.
    Məqsədimiz növbəti ildə şəkər çuğunduru sahələrini daha da genişləndirməkdir. Bu da səbəbsiz deyil. Bu məhsulun bazarı var.
    Hazır məhsulu zavoda təhvil verib heç bir maneə ilə rastlaşmadan pulumuzu alırıq.

    Fazil Vəliyev,
    Bəyimsarov kəndində fermer

    Müəllif: Redaktor, 15:55

    Teqlər:

İsmarıclar bağlıdır.