Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    6f541970a2e0f1b2d2bc1c481eea33d7dsc_0003-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c1Sentyabrın 9-da Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirmişlər.
    Tədbirdə rayon gəncləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
    Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Tərtər rayonunda dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti ilə bağlı maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, cari ilin iyun ayının 9-da Dövlət Müşaviri Kamal Abdulla rayonumuza səfər etmiş, Tərtər “Cümə” Məscidində dindarlarla görüşmüş, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışmışdır.
    Elvin Umudov qeyd etmişdir ki, rayonda 5 məscid var, onlardan biri rayon mərkəzində fəaliyyət göstərən Tərtər “Cümə” məscididir. Digər 4 məscid Hacıqərvənd, Azadqaraqoyunlu, Əskipara və Qaynaq kəndlərində mövsümi fəaliyyət göstərir. Ərazidə olan məscidlər və ziyarətgahlar bələdiyyələrin balansına verilmişdir. Rayonda bir dini icma fəaliyyət göstərir.
    2015-ci ildə Tərtər “Cümə” məscidində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ayrılmış vəsait hesabına cari təmir işləri aparılmışdır.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında 15 nəfərdən ibarət Dini işlər üzrə komissiya fəaliyyət göstərir. Komissiya zərərli dini ədəbiyyatın rayona gətirilməsinin və yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirləri həyata keçirir. Bu məqsədlə dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxış keçirilir, rayon ağsaqqalları, din adamları və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.
    Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov çıxış edərək dini ekstremizmlə mübarizənin əhəmiyyəti barədə danışmış və bu istiqamətdə həyata keçirilən tədbirlərin zəruri olduğunu bildirmişdir.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlar haqqında məlumat vermişdir. Bildirmişdir ki, dinin siyasiləşdirildiyi və ya geosiyasi maraqlara alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir.
    Sonra Tərtər Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Nəbi Məmmədov, Cümə Məscidinin axundu Sadiq Cəfərov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova və rayon təhsil şöbəsinin əməkdaşı Nigar Məs-təlizadə mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirmişlər.

    Müəllif: Redaktor, 16:30

    Teqlər:

İsmarıclar bağlıdır.