Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    dsc_4877-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cdsc_4889-2-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cMüsəlman dünyasının müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon əhalisini müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, onlara cansağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı. Sonra Tərtər “Cümə” məscidi-nin axundu Sadiq Cəfərov qurban kəsiləcək heyvanlara dua oxudu. Dini ənənələrə uy-ğun olaraq qurban mərasimi başladı.
    Həmin gün şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi veteranlarına, Çernobıl əlillərinə, tənhalara, yataq xəstələrinə və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, ümumilikdə yeddi min ailəyə qurban payı verildi. Rayon ərazisində yerləşən hərbi hissələr də unudulmadı. Hərbi hissələrə də qurban payı göndərildi.
    Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə möhtərəm Prezidentimizə öz minnətdarlıqlarını bildirdilər.

    Müəllif: Redaktor, 16:38

    Teqlər:

İsmarıclar bağlıdır.