Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-118%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-110Tərtər rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.
    Hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, keçmiş qabaqcıl briqadirlərin, sürücü mexanizatorların, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Sabirabad rayonunda pambıqçılığın inkişafına dair ümumrespublika müşavirəsində ölkə rəhbərinin respublikamız üçün çox mühüm olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu, pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verdiyini bildirdi. Respublika rəhbəri regionların inkişaf etdirilməsində kənd təsərrüfatının əsas sahəsi kimi pambıq əkiləcək sahələrin artırılmasının, genişləndirilməsinin və bu sahədə keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı, bunun, həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirəcəyini əminliklə söylədi.
    Rayon rəhbəri qeyd etdi ki, Tərtər torpağı çox məhsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Sovet dönəmində rayonda 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdür. Vaxtı ilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində vəziyyət tamamilə dəyişdi. Bunun əsas səbəblərindən biri dünya bazarında pambığın qiymətinin aşağı düşməsi olsa da, digər mühüm səbəb erməni qəsbkarlarının “Sərsəng” və “Madagiz” su anbarlarını işğal etməsi nəticəsində rayonumuzda ciddi su qıtlığının yaranması, sovet dönəmindən qalmış texnikanın tədricən yararsız hala düşməsidir. Texnikanın çatışmaması, ziyanvericilərə qarşı lazımi mübarizə tədbirlərinin görülməməsi kənd əməkçilərində bu sahəyə marağı azaltmışdır. Bu gün isə rayonumuzda pambıqçılıqda vəziyyət tamamilə dəyişib. 2015-ci ildə cəmi 550 hektar sahədə pambıq əkilmiş və hər hektardan 16,2 sentner məhsul istehsal edilmişdir. Göründüyü kimi bu da aşağı göstəricidir. Lakin cari ildə rayonumuzun təsərrüfatlarında 1035 hektar sahədə pambıq əkilmişdir. Dövlətin dəstəyi bu sahədə öz nəticələrini göstərir. Belə ki, rayona lizinq yolu ilə müasir texnikanın gətirilməsi, pambığın satınalma qiymətlərinin ötən illərə nisbətən artırılması insanlarda bu gəlirli sahəyə maraq oyatmışdır.
    Cari ildə 4200 nəfərdən çox adam bu sahəyə cəlb olunmuşdur. Hazırda pambıq tarlalarında bol məhsul yetişdirilmiş, məhsul toplanışına başlanılmışdır. Bu il pambıq sahələrinin hər hektarından 20-25 sentner məhsul gözlənilir. Becərilmiş məhsulun vaxtında və itkisiz toplanması, yığımın aqrotexniki müddətdə başa çatdırılması üçün səmərəli işlər görülmüşdür. İndiyədək sahələrdən 50 tondan çox “ağ qızıl” toplanmışdır.
    Rayonda pambığın qəbulu və tədarükü üçün ÇTS Aqro MMC və MKT “Qarabağ regional” Tərtər məntəqəsi fəaliyyət göstərir və hər iki təşkilata üzərinə düşən vəzifənin yerinə yetirilməsi üçün lazımi köməklik göstərilir.
    Rayonumuzda 2017-ci təsərrüfat ilində 3000 hektar pambıq əkilməsi qarşıya məqsəd qoyulmuşdur. Bu məqsədə nail olmaq üçün bütün qüvvələr səfərbər olunmalı, rayonumuz pambıqçılıq sahəsindəki keçmiş şöhrətini özünə qaytarmalıdır.
    Tədbirdə Hüsənli Bələdiyyəsinin sədri İlham Ağayev, keçmiş Azərbaycan Ali Sovetinin deputatı, “Qırmızı Əmək Bayrağı” ordenli Qaynaq kənd sakini Süleyman Quliyev, keçmiş qabaqcıl sürücü-mexanizator, briqadir, Gülabatlı kənd sakini Yusif Orucov, keçmiş sürücü-mexanizator, Qaraağacı kənd sakini Rəsul Qasımov, keçmiş sürücü-mexanizator, Hacıqərvənd kənd sakini Nərminə Abbasova, keçmiş qabaqcıl kolxoz sədri, Seydimli kənd sakini Sayəddin Musayev, “MKT” MMC-nin “Qarabağ Regional” bölməsinin direktoru Vüqar Ağayev, keçmiş pambıqçılıq briqadiri, Dəmirçilər kənd sakini Əjdər Həsənov çıxış edərək pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlərdən danışdılar. Pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənildi, “ağ qızıl”ın vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olundu.
    Tədbirin sonunda dövlət qulluğunda uzun müddət xidmətlərinə görə üç nəfərərayon icra hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədovaya, subartezian quyularının istismarı idarəsinin rəisi Əli Əliyevə respublika Prezidentinin Sərəncamı ilə verilmiş “Tərəqqi” medalı, rayon statistika idarəsinin rəisi Ədalət Məmmədova isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:03

    Teqlər:

İsmarıclar bağlıdır.