Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr

    DSC_0015(1)Tərtərdə Daxili İşlər Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirmişdir.

    Tədbirdə Tərtər, Goranboy, Naftalan və Şuşa rayon polis şöbələrinin rəhbərləri və şəxsi heyəti iştirak etmişdir.

    Tədbiri DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, Polis Akademiyasının dosenti Hikmət Eyvazov giriş sözü ilə açmış, sonra “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda məruzə etmişdir.

    Sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səy-yad Salahlı radikal qeyri-ənənəvi dini cərəyanların ölkəmizdə yayılmasının əsas səbəbləri, onların forma və metodları, hədəf aldıqları kontingent, həmçinin, istifadə etdikləri psixoloji təsir vasitələri barədə danışmışdır.

    Tədbiri Tərtər Rayon Polis Şöbəsinin rəisi Rauf Məcidov yekunlaşdıraraq bildirmişdir ki, rayonda dini radikalizmə qarşı mübarizə daim diqqət mərkəzində saxlanılır.

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.