Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    dsc_7346-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cfilandiyajpgOktyabırın 3-də V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Finlandiyanın “İltalehti” jurnalının müxbiri Antero Eerola və fotoqraf Jael Karppanen cəbhə bölgəsində mövcud vəziyyətlə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, aprel hadisələri zamanı ermənilər beynəlxalq konvensiyalarla qadağan olunmuş kimyəvi silahlardan istifadə ediblər.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanmışlar. Finlandiyalı jurnalistlər ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsinin qalıqlarına baxıblar.

    Müəllif: Redaktor, 12:27

    Teqlər:

İsmarıclar bağlıdır.