Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    ciliciliÇili Senatında Azərbaycanla dostluq qrupunun nümayəndə heyətinin sədri İvan Moreyran və senator Xorxe Pişarro cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüblər. Görüşdə qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin problemləri, aprel ayı ərzində erməni işğalçılarının atəşkəsi pozması nəticəsində rayona dəyən ziyanı, dinc əhalinin həlak olması barədə ətraflı məlumat verilib.
    Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadıqları Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar.

    Müəllif: Redaktor, 12:30

    Teqlər:

İsmarıclar bağlıdır.