Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    dsc_6652-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cseyyar-qabulRayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xoruzlu kəndində keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verib, mövcud sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Allahverdi Qasımov, Nazilə Həsənova, Aftandil Həsənov, Afiyəddin Əliyev, Leyla Şirinova və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildiriblər. Bununla yanaşı, kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, suvarma suyu üçün əlavə subartezian quyularının qazılmasına, Qaradağlı-Xoruzlu avtomobil yoluna yeni asfalt örtüyünün salınmasına ehtiyac olduğu rayon rəhbərinin diqqətinə çatdırılıb.
    Qaldırılan məsələlərlə əlaqədar müvafiq qurumlara tapşırıqlar verilib, şəxsi problemlərlə müraciət edən vətəndaşların xahişləri qa-nun çərçivəsində yerindəcə həll olunub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb və bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 12:34

    Teqlər:

İsmarıclar bağlıdır.