Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Okt

    prolrorluqdsc_7016-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c1Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi meydana gələrək, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, işlərində uğurlar arzuladı. Qeyd etdi ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
    Rayon prokuroru Azər Hətəmov, hərbi prokuror Fuad Məmmədov, polis şöbəsinin rəisi Rauf Məcidov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdılar. Qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə prokurorluq işçilərinin peşə bayramının təsis olunması prokurorluq orqanlarına dövlət qayğısının parlaq təzahürüdür.
    Tədbirdə müasir dövrdə prokurorluğun cəmiyyətdə oynadığı rola münasibət bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılmışdır. Prokurorluq orqanları bu sahədə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
    Yığıncaqda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən prokurorluq orqanının bir qrup əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.

    Müəllif: Redaktor, 12:39

    Teqlər:

İsmarıclar bağlıdır.